"Ermənistan Türkiyə vilayətinə çevrilə bilər" - Satanovski
"Mənim fikrimcə, Ermənistanın KTMT-dən çıxması qaçılmazdır. Bu o deməkdir ki, Ermənistan Rusiyadan ayrı, Rusiya isə Ermənistandan ayrı yaşayacaq".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq və şərqşünas Yevgeni Satanovski deyib.
O bildirib ki, Rusiya ictimaiyyəti üçün erməni gündəmi bitib.
"Ermənistanın Rusiya ilə münasibətlərində nələrin baş verəcəyini heç kim proqnozlaşdıra bilməz. Bütün bunların necə bitəcəyi sırf Ermənistan rəhbərliyinin işidir. Sonra isə bu, erməni xalqının mövqeyindən asılıdır", – deyə Satanovski qeyd edib.
Rusiyalı politoloqun sözlərinə görə, Paşinyan ona görə hakimiyyətə gəlib ki, Rusiyanın Ermənistandakı varlığını aradan qaldırsın, Ermənistanda NATO bloku olsun. Bunun Ermənistan üçün necə bitəcəyi Paşinyana qətiyyən maraqlı deyil. Bu baxımdan o, Zelenskiyə bənzəyir. Onları eyni adamlar və eyni məqsədlərlə hakimiyyətə gətirdilər", – deyə Satanovski əlavə edib.
Politolqun fikrincə, Ermənistan Türkiyə vilayətinə çevrilə bilər.
"Əgər işlər belə davam edərsə, o zaman Ermənistan Türkiyənin vilayətinə çevrilə bilər. Görünür, Ermənistan əhalisi baş verənlərdən razıdır. Mən Ərdoğanı tanıyıram, nə dediyini çox gözəl anlayıram, nə etdiyini görürəm. Necə olur ki, bundan xəbərsiz olasan?", – deyə Satanovski əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ