Ermənistana keçən azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı

Ermənistana keçən azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandıŞəki kəndinə (Zəngəzur) keçən Azərbaycan hərbçisi Nəsimi Musayev 6 atəş açaraq yerli sakin Ani Avetisyanı yaralayıb.
KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bu və digər detallar məhkəmə məlumatları saytında dərc olunan ittiham aktında yer alıb.
Sənədə əsasən, N.Musayev sentyabrın 26-da saat 20:00-dan 22:00-dək olan müddətdə üzərində "Kalaşnikov" avtomatı, ona bərkidilmiş süngü-bıçaq və 140 patronla sərhədi keçib. Bildirilir ki, hərbi qulluqçu həmin ərazidən Şəki kəndinə gələrək içərisində heç kimin olmadığı bir evə daxil olub. O, mənzildən 19 min dram, smart saat, mobil telefon və bank kartı götürüb.
Oktyabrın 1-i günorta saatlarında Avetisyanın övladları evə qayıdıblar. Onları görən Musayev silahla hədələyərək mobil telefonlarını verməyə məcbur edib, həmçinin onlara otaqdan çıxmağı qadağan edib.
Daha sonra qızı ilə danışarkən evdəki çağırılmamış qonaqdan xəbər tutan Avetisyan təcili evə gəlib. Qadını görən Musayev onu öldürmək niyyəti ilə 6 atəş açıb, ayağından yaralayıb və ardınca ona bir neçə zərbə endirib. Avetisyan sol əlindən də ağır xəsarətlər alıb. Bundan sonra Musayev hadisə yerindən qaçaraq qonşu evlərdən birinin tövləsində gizlənib, lakin sonradan orada aşkarlanaraq saxlanılıb.
Xatırladaq ki, oktyabrın 1-i saat 14:15-də Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə Şəki (Zəngəzur) kəndi istiqamətində sərhədi keçən hərbi qulluqçu 2 ay müddətinə həbs edilib.

Siyasi       Tarix: 17 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

CNN: İran Vaşinqtonda "çirkli bomba" ilə terror aktı törətməyi planlaşdırır

İran ABŞ-ın paytaxtı Vaşinqtonda "çirkli bomba" partlatmaqla və ya kimyəvi silahdan istifadə etməklə Prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planı hazırlayır. Lakin hücumu

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

İdeyaların yerini fırıldaqçılar tutanda: Dünya siyasətinin acınacaqlı mənzərəsi

Yəqin ki, bir həqiqəti etiraf etməliyik: hamımız inanılmaz dərəcədə xırdalanmışıq. Siyasi liderlər də, dövlət xadimləri də, bütövlükdə siyasi elita da əvvəlki çəkisini və səviyyəsini itirib. Henri Kissinceri prinsipiallıqda

Paşinyan öz yerinə Simonyanı hazırlayır? - Yeni konstitusiyada önəmli detal

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının(TŞ) katibi vəzifəsinin ləğvi planlaşdırılır.   xəbər verir ki, məlumatı Ermənistanın ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd"

Vaşinqtonla Moskvanı birləşdirən gümüş paroxod: 1933-cü ilin diplomatik hekayəsi

"Diplomatiya itin tumarlanması ilə, ağızlıq hazır olana qədər davam edir". — Alman filosofu Fridrix Nitsşe. 1933-cü il noyabrın 16-da ABŞ prezidenti Franklin Delano Ruzvelt və SSRİ-nin xarici işlər xalq komissar

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun xabarlar axsam az xeberler en son xeberleri