CNN: İran Vaşinqtonda "çirkli bomba" ilə terror aktı törətməyi planlaşdırır

CNN: İran Vaşinqtonda İran ABŞ-ın paytaxtı Vaşinqtonda "çirkli bomba" partlatmaqla və ya kimyəvi silahdan istifadə etməklə Prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planı hazırlayır. Lakin hücumun həyata keçirilməsi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
KONKRET.azxəbər verir ki, bu barədə CNN telekanalı kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
İranın hücum planı
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, İran hələlik mümkün əməliyyatın müxtəlif variantlarını nəzərdən keçirir. Kəşfiyyat məlumatları Tehranın mütləq hücum edəcəyini deməyə əsas vermir.
Bununla belə, CNN-ə danışan bəzi mənbələr qeyd ediblər ki, müzakirə olunan planlar kifayət qədər konkret xarakter daşıyır. Belə ki, sənədlərdə mümkün hücumların həyata keçiriləcəyi yerlər və hədəflər də göstərilib.
Bu məlumatlar ABŞ-ı sözügedən təhdidlərin qarşısını almaq üçün müvafiq tədbirlər hazırlamağa vadar edib.
"Çirkli bomba" üçün materiallar ABŞ-da yerləşdirilib?
CNN-ə danışan mənbələrdən biri kəşfiyyat məlumatlarına istinadən bildirib ki, "çirkli bomba"nın hazırlanması üçün zəruri materiallar artıq ABŞ ərazisində yerləşdirilib.
Amerikalı rəsmi şəxslər telekanala açıqlamalarında İranın belə bir silahın komponentlərini ABŞ ərazisinə gətirməsinin və orada yerləşdirməsinin kifayət qədər asan ola biləcəyini vurğulayıblar.
Xüsusi xidmət orqanlarının əməkdaşları isə ehtimal edirlər ki, həmin materiallar ABŞ ərazisində illər, hətta onilliklər əvvəl yerləşdirilmiş ola bilər.
Qeyd edək ki, CNN-in istinad etdiyi kəşfiyyat məlumatlarında İranın mümkün hücum planları barədə konkret detallar yer alsa da, Tehranın belə bir əməliyyatı həyata keçirmək barədə yekun qərar verdiyinə dair təsdiqlənmiş məlumat yoxdur.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 17 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumları

Yaponiyaya dəstək, İrana təzyiq: ABŞ-ın pərdəarxası siyasəti

ABŞ-ın Yaponiyanın nüvə imkanlarından müdafiə məqsədilə istifadə etməsinə müsbət yanaşdığı halda, İranın nüvə proqramına qarşı sərt mövqe sərgiləməsi beynəlxalq müstəvidə müzakirələrə səbəb olur. Vaşinqtonun bu iki ölkəy

Estoniya Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrini bağlayır: SƏBƏBLƏR

Estoniya dekabrın 1-dən Rusiya ilə fəaliyyətdə olan üç avtomobil sərhəd-keçid məntəqəsini – Narva, Koidula və Luhamaanı bağlamağa hazırlaşır. Bu qərara səbəb Estoniyanın müdafiə sənayesi müəssisələrindən birinə qarşı törədilməsin

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə səfirliyin X-dəki hesabında paylaşım olunub. "Qardaş Azərbaycanı 17 Noyabr Milli Dirçəliş Gün

Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlə

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat xeberleri şou biznes xəbərləri en son xeberler son.xeber