Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi
Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub.
KONKRET.az xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxalq yarışlarda iştirak edə bilməyəcəklər. Hər iki ölkənin hökuməti bununla bağlı müvafiq viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen noyabrın 12-də verdiyi açıqlamada bildirib ki, Rusiyanın təcavüzkar müharibəsi davam etdiyi müddətdə rusiyalı idmançıların Finlandiyada iştirak etməsinə ehtiyac yoxdur.
Finlandiya hakimiyyətinin qəbul etdiyi qərarda Rusiya vətəndaşlarının ölkəyə girişinin Finlandiyanın beynəlxalq əlaqələri üçün təhlükə yarada biləcəyi qeyd olunur.
Yeni məhdudiyyətlər qısamüddətli iş fəaliyyəti, o cümlədən peşəkar idmanla məşğul olmaq məqsədilə viza almaq istəyən şəxslərə də şamil ediləcək. Noyabrın 16-dan etibarən Finlandiya rəsmiləri yeni viza müraciətlərinə baxarkən bu məhdudiyyətləri nəzərə alacaqlar.
Bundan başqa, Şengen zonasına daxil olan digər dövlətlər tərəfindən verilmiş viza ilə Finlandiyaya gəlmək istəyən Rusiya vətəndaşlarının da ölkəyə buraxılmaması mümkündür. Qadağa neytral status altında yarışlarda iştirak etməyi planlaşdıran rusiyalı idmançılara da şamil olunacaq.
Finlandiyanın qərarından sonra, elə həmin gün Norveç də analoji addım atdığını açıqlayıb.
Norveç hökumətinin bəyanatında bildirilir ki, Ukraynada müharibə davam etdiyi müddətdə Rusiyadan olan peşəkar idmançıların və onları müşayiət edən şəxslərin ölkəyə girişinin qarşısı alınacaq. Müvafiq dəyişikliklərin yaxın vaxtlarda qüvvəyə minəcəyi gözlənilir.
Oslo bu qərarını Rusiyada peşəkar idmanın dövlət hakimiyyəti və dövlət strukturları ilə sıx bağlı olması ilə əsaslandırıb.
Norveç hökumətinin mövqeyinə görə, Rusiyanın beynəlxalq idman yarışlarında iştirakını Ukraynaya qarşı davam edən təcavüzkar müharibədən ayrı şəkildə qiymətləndirmək mümkün deyil.
Almaniyanın SID agentliyinin məlumatına görə, Finlandiya və Norveçin tətbiq etdiyi məhdudiyyətlər bir sıra mühüm beynəlxalq yarışlara da təsir göstərəcək.
Belə ki, Rusiyadan olan idmançılar noyabrın 20–22-də Norveçin Lillehammer şəhərində keçiriləcək xizəklə tullanma üzrə Dünya Kubokunun açılış mərhələsində, noyabrın 27–29-da Finlandiyanın Kuusamo şəhərində təşkil olunacaq Şimal növləri üzrə Dünya Kubokunda iştirak edə bilməyəcəklər.
Məhdudiyyətlərin dekabr ayında Norveçin Trondheym şəhərində keçiriləcək xizək yarışları üzrə dünya çempionatına da təsir edəcəyi bildirilir.
Bundan əlavə, 2027-ci il martın 16–21-də Finlandiyanın Tampere şəhərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatında da rusiyalı idmançıların iştirakı sual altına düşüb.
Beləliklə, Finlandiya və Norveç Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə idman sahəsində də təzyiq tədbirlərini sərtləşdirir. Qərar yalnız milli komandaların deyil, neytral bayraq altında çıxış etməyi planlaşdıran rusiyalı idmançıların da beynəlxalq yarışlarda iştirak imkanlarını məhdudlaşdırır.
Natiq Səlim,
KONKRET.az

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu