Ermənistanda 9 May qələbəsinə münasibəti necə dəyişdilər - MÜSAHİBƏ

Ermənistanda 9 May qələbəsinə münasibəti necə dəyişdilər - MÜSAHİBƏErmənistanda 9 May qələbəsinə münasibəti necə dəyişdilər - MÜSAHİBƏ
Bu yaxınlarda Qələbə Gününün qeyd olunması bir daha erməni cəmiyyətinin müəyyən hissəsinin antirus əhvalını göstərdi. 9 May bayramının özü də erməni fəallar tərəfindən rədd edilir. Məsələn, erməni "Hamatext" onlayn almanaxının baş redaktoru Karen Agekyan "ortaq yaddaş" haqqında gözəl sözlərə qapılmamağa çağırıb:
"Müharibənin bu və ya digər formada ümumi xatirəsi 60-70-ci illərdə, Sovet vətəndaşlarının ümumi taleyi zamanı mümkün idi. Birlikdə vuruşsalar da, indi bu mümkün deyil...".
Erməni politoloq Ara Papyan da öz növbəsində, bəzi Ermənistan vətəndaşlarının Georgi lentlərini yaxalarına vurduğuna qəzəblənib.
Sosial şəbəkələrin erməni seqmenti o dövrdə Ədliyyə naziri olan Ruben Darbinyanın 1920-ci ildə yazdığı bir məqaləni (!) fəal şəkildə dərc edib. "Rusiya xalqı öz dövlətinin simasında bizi nəinki siyasi təzyiqlərə məruz qoydu, eyni zamanda erməni millətini parçalamaq, mədəni və mənəvi simasını məhv etmək üçün bütün səylərini sərf etdi ... Rusmeyillilik gözlərimizi bu dərəcədə kor etdi. Rusiyanın gücü siyasi düşüncəmizi o qədər sıxışdırıb ki, görünür, biz Ermənistanın və erməni xalqının mənafelərini Rusiya və rusların maraqlarından ayırmaq qabiliyyətini itirmişik... Təhlükə odur ki, rus düşmən düşüncəmizə, ürəyimizə və iradəmizə nüfuz etməklə içəridən müqavimət göstərmək qabiliyyətimizdən bizi məhrum edir, sərbəstliyimizi və müstəqilliyimizi öldürür..." - bunlar indiki erməni fəallarının razılaşdığı Ruben Darbinyanın bir neçə postulatıdır.
Ukraynanın tanınmış sosioloqu Yevgeni Kopatko Ermənistanda hazırda baş verənlər və bu ölkədə Böyük Vətən Müharibəsində Qələbənin xatirəsinə bu qədər nifrətin haradan yaranması barədə fikirlərini Media.Az-a danışıb.
- Keçmiş Sovet İttifaqının bir çox ölkələrində Qələbə Günü nədənsə mənfi reaksiya doğurur. Bunu Ukraynada gördük, indi Ermənistanda görürük. Axı ulu babalarımız birlikdə döyüşüb, ölüb və 75 il əvvəl ortaq qələbə qazanıb. İndi bu müharibənin hətta ortaq yaddaşının mövcudluğu inkar olunur...
- Təəssüf ki, bu tendensiya bütün postsovet məkanına xasdır. Biz yaddaşa görə "müharibə"ni uduzuruq. Ukraynada baş verənlər on illərdir davam edən işlərin məntiqi nəticəsidir. "Amerikanın Səsi", "Azad Avropa" fəal şəkildə yayımlanırdı, onları dinləyirdilər. Amma SSRİ dağılandan sonra ölkələrimiz yaddaşlarına əhəmiyyət vermədilər.
Ermənistana gəldikdə, orada "inqilab"la bağlı hadisələr baş verdi. Mən Ermənistanda bir tədbirdə olmuşdum və açıq şəkildə demişdim: "Bunlar mənə nəyisə xatırladır". Məni inandırdılar ki, onlarda hər şey fərqli olacaq. Ancaq Qərbin təsiri gücləndi, Böyük Vətən Müharibəsinə uzaq olan siyasətçilər nəsli gəldi. Açıq danışaq: Ermənistanda hadisələrin gedişatı dəyişdi. Yerevanla Moskva arasında münasibətlər mürəkkəbləşdi, daha çox suallar yaranmağa başladı. Bunun səbəbləri barədə danışanda əvvəlki hökumətlə əlaqəli problemləri səsləndirirdilər. Bunu istisna etmirəm, amma ölkədə indi mövcud olan elita öz siyasətini aparır, tarixə müəyyən baxışı var. Trend aydındır...
- İstənilən halda tarixi yaddaşı necə unutmaq olar?
- Bu, eyni zamanda, həm asan, həm də çətindir. Uşaqlara məlumat verməsəniz, bu dəyərləri ötürməsəniz, həmin anlayışlar məhv olur. Bu, sistemli şəkildə baş verir, Ukraynada bunu öz gözlərimlə gördüm. Son vaxtlar sosial şəbəkələr və ermənilər bu mövzunu fəal şəkildə müzakirə edirlər. Bunlar həm Rusiya ilə münasibətlər, həm də Ermənistanın keçmişinə və müasir siyasətinə olan münasibətlərdir. Bunların ortaq nöqtəsi yoxdur. Lakin getdikcə daha tez-tez hökumətin yürütdüyü hazırkı siyasətin Rusiyadan uzaqlaşmağa yönəldiyi barədə fikirlər eşidilir. Deməli, problem var.
Ümid edirəm ki, bəlkə də Ukraynada baş verənlərdən sonra insanlar keçmişlərini unutmamağın, həssas olmağın, o cümlədən qonşularla münasibətlərin nə qədər vacib olduğunu başa düşəcəklər.
- Keçmişin yenidən nəzərdən keçirilməsi, ortaq bir tarixə münasibət "rəngli", "məxməri" və ya daha doğrusu, "qərbyönümlü" inqilabların baş verdiyi ölkələrə xasdır? Doğrudanmı, bunun birbaşa əlaqəsi var?
- Bu, hətta əlaqə yox, nəticədir. Tarixi yaddaşımızın silinməsi baş verir. Nə əvvəl, nə də hazırda lazım olan reaksiya yoxdur. /oxu.az

Siyasi       Tarix: 14 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan şou biznes xəbərləri son xeberler bugun cəbhədən son dəqiqə