Ermənistanda ara qarışdı: yüzlərlə insan xəstəxanaya HÜCUM ETDİ, 2 nəfərin boğazını kəsdilər
Ermənistanın Geğarkunik bölgəsinin Gavar şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Publika.az "News.am" saytına istinadən xəbər verir ki, silahlı hücum zamanı iki nəfər qətlə yetirilib.
Cinayəti törədən Armen və Xaçik adlı qardaşlar hadisə yerini tərk edərkən qəzaya düşüblər. Yaralanaraq xəstəxanaya yerləşdirilən qardaşlar burada qətlə yetirdikləri şəxslərin qohumları tərəfindən hücuma məruz qalıblar.
500 nəfərə yaxın insan polisin barrikadasını yararaq xəstəxanaya hücum edib və qardaşların boğazını kəsib.
Polis isə hər iki hadisəyə müdaxilə etməkdə aciz qalıb.
"Shamshyan.com"un xəbərinə görə, eyni gün Gavarın Azatutyan küçəsində atışma səsləri eşidilib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Öldürülənlərdən birinin "Noratus ayısı" ləqəbli Noratus icmasından, digərinin isə hərbi polis müstəntiqi olduğu bildirilir.
"Armlur.am"ın məlumatına görə, Noratus camaatı ilə Gavarın yetkinlik yaşına çatmayan oğlanları arasında mübahisə düşüb. Yetkinlik yaşına çatmayanların məsələsini həll etmək və tərəfləri sakitləşdirmək üçün hərbi müstəntiq Zorik Paronikyan işə müdaxilə edib. Bundan sonra silahlar işə düşüb.
Faktla bağlı cinayət işi açılıb.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək