Ermənistanda daha bir məmur işdən çıxarıldı
Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən azad edilib.
Publika.az xəbər verir ki, bu barədə parlamentin müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan etirazçılarla görüşüdə deyib.
Müdafiə nazirliyinin binası qarşısında aksiya keçirən itkin düşən hərbçilərin yaxınları Balayanın niyə onların qabağına çıxmadığını soruşub. Buna cavab olaraq Köçəryan onun vəzifəsindən uzaqlaşdırıldığını bildirib.
Lakin etirazçılar yenə də Balayanı çağırmaqda təkid edib.
Xatırladaq ki, Ermənistan prezidenti noyabrın 20-də David Tonoyanın müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Tonoyanı bu vəzifədə əvvəllər Ermənistan baş naziri Nikol Paşinyanın baş məsləhətçisi vəzifəsini tutan Vaqarşak Arutyunyan əvəzləyib.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək