Ermənistanda əsirlikdən azad edilən Hüseynin anası: Prezidentə ömrümün axırına qədər minnətdaram

Ermənistanda əsirlikdən azad edilən Hüseynin anası: Prezidentə ömrümün axırına qədər minnətdaramXəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
azxeber.com xəbər verir ki, razılaşmaya uyğun olaraq Ermənistanda həbsdə olan Bəbirov Aqşin və Axundov Hüseyn azad olunur. 
azxeber.com mövzuyla bağlı Hüseyn Axundovun anası Şəlalə Axundova ilə əlaqə saxlayıb. O sevinc gözyaşları içində deyib: 
"Sevincimdən göylərdə uçuram. Cənab Prezidentimizin əlindən-ayağından öpürəm. Bizim balalarımızı bizə qovuşdurdu, bizə sürpriz etdi. Ona ömrümün axırına qədər minnətdaram. Bu xəbəri eşidəndən ağlayıram. Deməyə söz tapmıram. Çox sağolun".
Xatırladaq ki, bu ilin aprelində Naxçıvan MR-in Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - Bəbirov Aqşin Qabil oğlu (2004) və Axundov Hüseyn Əhliman oğlu (2003) Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər "bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan H. Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, "Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə" təqsirləndirilib. Mayın 8-i A. Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Günel Hüseynli

Sosial       Tarix: 07 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkd

Ağstafaya dolu düşdü

Ağstafa rayonuna iri həcmli dolu düşüb. xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb. Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib. Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrin

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları

Neftin qiyməti ucuzlaşdı

Qlobal enerji bazarlarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barreli 82,92 ABŞ dollarına, WTI markalı yüngül neftin bir barreli isə 80,6

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Ağlayan uşağa telefon verməyin ağır fəsadları - Nitqi gecikdirir

Uşaqların telefon, planşet və digər rəqəmsal cihazlarla erkən yaşlardan təmasda olması müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşağın fiziki

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az xeber az en yeni xeberler dunyada son xeberler