Ermənistanda kim kimi Azərbaycana "satıb"? - ŞOK İDDİA
Separatçıların keçmiş "müdafiə naziri" Cəlal Arutyunyan ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında baş vermiş qalmaqalın təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, bu barədə "Mediaport" Telegram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Cəlal Arutyunyan Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməmişdən əvvəl onunla David Tonoyan arasında mübahisə düşüb.
Mübahisəyə səbəb İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi olub. Həmin qurğuların bir çoxu istfadəyə yararsız olduğundan tərəflər arasında mübahisələr qızışıb.
"Mübahisə zamanı Cəlal Arutyunyan müharibə bitdikdən sonra susmayacağını, cənub cəbhəsindəki hava məkanının tamamilə müdafiəsiz hala gəldiyinə görə günahkar olan insanların adlarını açıqlayacağını deyib. Üstəlik, məlum partlayışdan bir gün əvvəl Cəlal Arutyunyan Arayik Arutyunyanı (Qarabağ separatçılarının rəhbəri-red.) təcili Şuşa ətrafında müdafiə istehkamlarının inşasına başlamağa çağırıb. Çünki qarşı tərəf bu istiqamətdə yeni qüvvələr toplayırmış və bu səbəbdən keçmiş nazir əlavə ehtiyat qüvvələri və top tədarükünə başlamağa ehtiyac olduğunu bildirib", - deyə "Mediaport" Telegram kanalı yazıb.
Cəlal Arutyunyanın yaxınları iddia edirlər ki, onun hərəkət istiqaməti ilə bağlı məlumat qəsdən sızdırılıb: "Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri "nazirin" yerini asanlıqla müəyyən edə bilib".
Xatırladaq ki, Cəlal Arutyunyan oktyabrın 27-də Azərbaycan Ordusu tərəfindən məhv edilib. Ermənistan tərəfi hələ də onun ölmədiyini iddia edir. / "Virtual"

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur