Ermənistanda verilmiş arayışda qeyd: "Şuşa Azərbaycandır!" - REPLİKA

Ermənistanda verilmiş arayışda qeyd: "Şuşa Azərbaycandır!" - REPLİKAErmənistanda verilmiş arayışda qeyd: "Şuşa Azərbaycandır!" - REPLİKA
Ermənistanın baş naziri Nikol Paşinyanın bütün razılaşmalardan imtinasından və Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Yerevanın artıq Qarabağ məsələsini həll etməsi ilə bağlı "sərt açıqlaması"ndan (erməni analitik Akop Badalyanın adlandırdığı kimi) sonra danışıqların sürətlə davam etməsinə inanmaq çətin idi.
Bunu yuxarıda adı çəkilən Zohrab Mnatsakanyan da təsdiqləyib. Bu həftə ölkə parlamentində çıxışı zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün planlaşdırılmadığını açıqlayıb.
May ayında münaqişənin həllində irəliləyişin olmamasını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edib.
İndi təkcə erməni tərəfinin danışıqlar aparmaq istəməməsindən deyil, həm də tam hazırlıqsızlığından bəhs edə bilərik. Güc strukturlarında kadr dəyişiklikləri, ittiham dəlilləri müharibəsi, Qarabağ xətti boyunca parçalanma - "müstəqil" hesab etmək, yaxud onu Ermənistana "birləşdirmək"?
Bundan əlavə, Ermənistan hakimiyyətinin problemlə ümumiyyətlə mübarizə aparmadığı, onun uğursuzluğunu tamamilə ifşa edən koronavirus meydana çıxdı. Mübarizəni ona görə aparmırlar ki, bunu istəmirlər, sadəcə, bacarmırlar. Artıq həm Gürcüstan, həm də Rusiya Ermənistana humanitar yardım və həkim göndərir. Nikol Paşinyan özü xəstə olduğunu bildirmişdi. Heç kim ona inanmadı və buna görə də, o, rekord müddətdə - bir həftəyə sağaldı. Bəlkə də "Armenikum" qəbul edib - Ermənistanda icad edilən, QİÇS xəstələrini müalicə edən belə bir dərman var idi. Düzdür, onu qəbul edənlər çoxdan ölüblər.
Beynəlxalq aləmdə də hər şey qaydasında deyil. Elə bircə Avropa Parlamenti deputatlarının Ermənistanla işğal olunmuş Qarabağ arasında yeni yol tikintisi ilə bağlı sərt bəyanatı nəyə desən dəyər. "...Bu yolun inşası barədə qərar beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib. Bundan əlavə, bu, Dağlıq Qarabağın və ətraf ərazilərin qanunsuz işğalıni simvolik olaraq möhkəmləndirə bilər", - mətndə qeyd olunur.
Ermənistanda verilmiş arayışda qeyd: "Şuşa Azərbaycandır!" - REPLİKABaşqa çox xarakterik bir nümunə. Söhbət "Norka" yoluxucu xəstəliklər klinikasının Rusiyadan gəlmiş, işğal altındakı Qarabağda yaşayan Ermənistan vətəndaşına Şuşadakı xəstəxanada təcrid olunmaq üçün verdiyi sənəddən gedir: "Təcrid yeri: Azərbaycan, Şuşa şəhəri".
Ermənistandakı güc sisteminin tamamilə çökməsi fonunda erməni vətənpərvərləri, fəallar və vəzifəli şəxslər, bir müddət əvvəl Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan kimi Azərbaycanı yalnız qabaqlayıcı formada təhdid edərək özlərinə təsəlli verə bilərlər.
Hətta ən barışmaz erməni fəallarından olan Samvel Aslikyan da erməni tərəfinin heç də yaxşı vəziyyətdə olmadığını etiraf edir. O, Qarabağın "müstəqilliyini" "bizi (erməniləri – red.) uçuruma aparan bir oyun" adlandırıb.

Siyasi       Tarix: 13 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber