Ermənistandan Rusiyanın maraqlarına zərbə vuracaq ADDIM
Ermənistanın ABŞ-la birgə hərbi təlim keçirmək planı Moskvada hiddətlə qarşılanıb və Kreml rəsmisi müttəfiqlərinin bu addımından narahat olduğunu deyib. KTMT-nin təlimlərindən imtina edən Ermənistanın regiona Amerika hərbçilərini dəvət etməsi ermənilərin böyük planlarının bir hissəsidir. Bunu Rusiyada da yaxşı başa düşürlər və Ermənistanın hər bir addımı nəzarət altındadır. Amma Ermənistan öz bildiyini edir və elə düşünür ki, bu addımıyla regionda Rusiyanın maraqlarına ciddi zərbə vuracaq.
Ermənistanda isə fərqli düşünürlər. Düşmən ölkənin hakim dairələrində hesab edirlər ki, Ermənistan suveren ölkədir və seçimində sərbəstdir. Bu seçimə görə də heç kim onları ittiham edə bilməz.
KONKRET.azxəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Rusiyanın narahatlığına toxunan Xandanyan bildirib ki, bu, Ermənistanın suveren qərarıdır:
"Başa düşürəm ki, müxtəlif tərəflərin narahatlığı var və hər hansı narazılıq ifadə edilə bilər. Amma nəzərə alsınlar ki, Ermənistan qərar verəndə heç kəslə məsləhətləşmir".
Hərbi təlimlərin keçirilməsi barədə qərar qəbul edilməzdən əvvəl Rusiya tərəfi ilə müzakirə olub-olmaması ilə bağlı suala cavab verən Xandanyan belə bir məlumatın olmadığını deyib. O, həmçinin vurğulayıb ki, Ermənistan KTMT-nin üzvüdür, amma bu qurumun onların ölkəsinə qarşı iş üslubu Paşinyan hakimiyyətini qane etmir.
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
Putin narahatdır, Gerasimov prezidenti aldadır
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı