"Ermənistanı himayə edən ölkələr Azərbaycanın tələbləri qarşısında geri çəkiləcək" - AÇIQLAMA

Neçə vaxtdır ermənilərin siyasi manipulyasiya mövzusuna çevirdiyi "humanitar fəlakət" mövzusu da qapandı. Azərbaycanın təklif etdiyi Ağdam – Xankəndi yolundan imtina edən ermənilər başqa çıxış yollarının qalmadığını bilsələr də, havadarlarının dəstəyinə ümid edirdilər. Amma reallıq fərqlidir və ermənilər də həmin reallığı qəbul etməyə məcburdurlar.
Reinteqrasiyanın başlaması üçün əhəmiyyətli şərtlərdən olan Ağdam marşrutunun işə düşməsi həm də Azərbaycanın siyasi iradəsini ortaya qoydu.
Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Tural Əliyev bildirib ki, Ağdam – Əsgəran – Xankəndi yolu ilə Azərbaycana məxsus yük maşınlarının Xankəndiyə daxil olması Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir:
"Çünki o vaxta qədər bir çox beynəlxalq təşkilatlar, bəzi dövlətlərin vəzifəli şəxsləri çalışırdılar ki, Ağdam – Xankəndi yolu, ümumiyyətlə, gündəmə gəlməsin. Yalnız Laçın yolu açılsın. Azərbaycana təzyiq etməklə Ermənistan ərazisindən Xankəndiyə yüklər daşınsın. Amma buna nail ola bilmədilər və rəsmi Bakı bu məsələdə bir addım geri çəkilmədi. Söz verdiyi kimi, "yalnız Ağdam – Xankəndi yolu açıldıqdan sonra paralel Laçın yolundan da yük daxil ola biləcək" bəyanatına əməl etdi və Qırmızı Xaç Komitəsinə aid yük maşınları Laçın yoluna daxil oldu. Bu o deməkdir ki, Bakı növbəti dəfə beynəlxalq ictimaiyyətə bir mesaj ünvanladı ki, Qarabağ Azərbaycanın daxili işidir və orada yaşayan erməniəsilli sakinlər də Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli, reinteqrasiya prosesi qaçılmazdır və sülh yolu məhz bundan keçir. Buna mane ola biləcək hər hansı dövlət və ya dövlətlər Azərbaycanın növbəti tələbləri qarşısında geri çəkilməli, reallıqla barışmalı olacaqlar. Çünki regionda sülh istəyən qüvvələr yalnız reinteqrasiya prosesinə kömək etməlidirlər. Bu prosesin qarşısını almağa çalışmamalıdırlar".
Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin ləğv edilməsinə də toxunan politoloq əlavə edib ki, bu proses əvvəl-axır baş verməlidir: "Qarabağ ərazisindəki qanunsuz erməni yaraqlıları sülhə təhdiddir. Eyni zamanda, qanunsuz hərbi birləşmələr Qarabağ ərazisində qaldıqca eskalasiya ehtimalını hər zaman saxlayır. Həmin yaraqlılar dərhal, qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əks halda onlar anti-terror əməliyyatı üçün legitim hədəfdir. Çünki orada qaldıqca, Azərbaycan Ordusuna qarşı daim təxribatlar törədəcəklər və gələcəkdə dinc əhalinin köçürülməsinə ciddi təhlükədirlər.
Azərbaycan bir daha bəyan edir ki, müharibə istəmir və sülh imkanları bitməyib. Bu isə qarşı tərəfə və Ermənistanın arxasında dayanan havadarlarına mesajdır", – deyə politoloq fikrini tamamlayıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 19 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı kriminal xeber beynelxalq bank mezenne son xəbərlər azərbaycanda