Ermənistanı yalançı təbliğatını rədd etməyə çağırırıq

Ermənistanı yalançı təbliğatını rədd etməyə çağırırıqAvropa Şurasının Baş Katibi Mariya Pejçinoviç Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 2023-cü  il 28 iyul tarixli qərəzli bəyanatına cavab olaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasının Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsindən və ikili standartlar nümayiş etdirməsindən ciddi narahatlığını bildirir.
Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı cəfəngiyyatdır. Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Azərbaycanın Qarabağ bölgəsində 10 minlik hərbi kontingenti üçün hər vəchlə təchizat yolu axtaran Ermənistan bu mənfur cəhdləri ilə Azərbaycanı şantaj etməyə, Azərbaycanın sözügedən ərazisi üzərində suverenliyini zəiflətməyə və orada separatizm meyllərini gücləndirməyə çalışır.
Bu baxımdan, Ermənistanın "humanitar böhran" barədə saxta rəvayətlərinin Avropa Şurasının son bəyanatında öz əksini tapması təəssüf doğurur.
Ermənistanın etnik təmizləməsindən əziyyət çəkən yüz minlərlə azərbaycanlını özündə birləşdirən Qərbi Azərbaycan İcması 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş bir milyona yaxın azərbaycanlıların çəkdikləri iztirablarına məhəl qoymayan Avropa Şurasının ikili standartlarını və riyakarlığını sərt şəkildə qınayır. Xatırladaq ki, Ermənistan kütləvi qovulma və etnik təmizləmə qurbanı olan Qərbi azərbaycanlıları hələ də öz ata-baba yurdlarına qayıtmaq hüququnu rədd edir. 
Özünü "insan haqlarının qoruyucusu" adlandıran Avropa Şurası Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalmış yüz minlərlə azərbaycanlıların hüquqlarına biganəliyi fonunda, sözügedən saxta "humanitar böhrana" dərhal diqqət yetirməsi onun qərəzliliyini ortaya qoyur. Bu, Şuranın Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir.
Avropa Şurası qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə qayıtmaq hüquqlarını fəal şəkildə müdafiə etməli və onlara qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasına töhfəsini verməlidir. 
Biz Avropa Şurasını öz mövqeyinə yenidən baxmağa, Ermənistanın yalançı təbliğatını rədd etməyə, azərbaycanlılara qarşı nümayiş etdiridiyi qərəz və ayrı-seçkiliyinə son qoymağa və ədalətə sadiqliyini qorumağa çağırırıq. / azxeber.com

Siyasi       Tarix: 29 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər xeberlər ən son xeberler sonxeber.az