Ermənistanın BMT "həmləsi"

Ermənistanın BMT Ermənistan hökuməti "Laçın dəhlizinin blokadası nəticəsində Qarabağ ərazisində yaranmış vəziyyətlə əlaqədar" BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini istəyib.
KONKRET.az xəbər verir ki, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan Təhlükəsizlik Şurasının sədrinə bu barədə yazılı müraciət ünvanlayıb. Ötən gün hökumətin iclasında baş nazir Paşinyanın ağlaşma quraraq Qarabağ ermənilərinin "faciəvi vəziyyəti" ilə bağlı söykədikləri İrəvanın məsələni beynəlxalq müstəvidə müzakirəsinə hazırlıq anonsu sayıla da bilərdi. Paşinyan həmin toplantıda "humanitar yükün" sərhəddən buraxılmamasının nəticələri sırasında sülh danışıqlarının sıfırlana biləcəyini də deyib.
Paşinyan tənqidçilərinin iddia etdiyi kimi axmaq deyil. "Humanitar yüklərin" sərhəddən buraxılmaması Paşinyanın həm Qarabağ, həm sülh danışıqları mövzusunda spekulyasiya imkanlarını artırır. Üstəlik, bu məsələni BMT səviyyəsində müzakirəsinə cəhd etməklə, bölgədə sülhməramlıları olan Rusiyaya beynəlxalq inamsızlıq yaradılması planlarına da dəstək olur. Yəni erməni baş nazir əslində, bu prosesdən çox qazanclı çıxmağı hədəfləyir. İndilikdə onun sülh sazişini irəli aparacaq gücü yoxdur, ona ölkə daxilindən və xaricdən təzyiqlər çoxdur. Erməni lobbisi və kilsə də birmənalı sülh müzakirələrinə qarşıdır. Paşinyan sülh danışıqları prosesini ən əvvələ- "sıfır nöqtəsinə" qayıtmasını çox arzulayır ki, bu danışıqlar saqqız kimi uzansın, o da manevr imkanlarını itirməsin, hakimiyyətini mümkün təhlükələrdən sığortalasın.
Ermənistanın BMT Ermənistanın baş naziri ilk dəfə deyil bu cür tryuklardan istifadə edir. Məsələn, Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılmasından bir neçə gün əvvəl də ermənilər təxribat törətmiş, üç əsgərimiz şəhid olmuşdu. O vaxt Paşinyan bu təxribatı üzərindən atmaq üçün Ermənistanın sərhəd qoşunlarının rəhbərini işdən çıxardı. O rəy yaradıldı ki, guya İrəvan bu təxribatda iştirakçı deyil.
Paşinyanın saziş imzalyacağına zatən inam yox idi, amma o, Qərbə sülhpərvər olduğunu nümayiş etdirrmək üçün danışıqların sülhlə yekunlaşa biləcəyi haqda danışır. İndi isə onun son dedikləri az qala Azərbaycan qarşısında yenidən Qarabağ tələbi, Bakı-Xankəndi danışıqlarının isə beynəlxalq missiya, hansısa üçüncü ölkələrin vasitəçiliyi ilə aparılması şərtini qaldırır. Əks halda, danışıqların ən azı dayandırıla biləcəyinə eyham vurur.
Əvvəldən də şəxsən mənim rəyim bu idi ki, sülh danışıqlarında Ermənistan heç bir ciddi addım atmayacaq. Azərbaycan bunu istəsə də, Ermənistan bunu arzulamır. Xarici havadarları da ona yol göstərir, təxribatçı məsləhətlər verir.
Son aylar Ermənistan Hindistan və İrandan bir neçə silah əldə edib, o dəmir-dümürə də deyəsən, çox arxayın olublar. Düşünürlər ki, bu dəfə hansısa ciddi toqquşmalar olarsa, Azərbaycanın bundan əvvəlki əməliyyatlarda yerləşdiyi mühüm mövqelərdən bəlkə də uzaqlaşdırmaq olar. Azərbaycan ordusunun möhkəmləndiyi bu mühüm mövqelər Ermənistanı ciddi narahat edir və dəfələrlə bunu etiraf da ediblər. Amma onu da bilməlidirlər ki, Azərbaycana qarşı sərhəddə növbəti irimiqyaslı təxribat törətsələr, bu dəfə Azərbaycan ordusu məsələn, bu dəfə Göyçə gölünə tam nəzarəti ələ ala bilər.
BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən ən azı iki dövlət, Albaniya və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla fəal siyasi və iqtisadi əməkdaşlıq edir.
Daha 4 ölkə – Qabon, Qana, Mozambik və Ekvador Azərbaycanın Qoşulmama Hərəkatında tərəfdaşlarıdır.
Ermənistanın BMT BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə gəlincə, Ermənistan Fransanın şəxsində öz "qəyyumunun" dəstəyinə arxalana bilər.
"Turan" şərhində yazır ki, böyük ehtimalla Rusiyanın məsələnin "beynəlxalqlaşmasına" qarşı çıxacağını gözləmək olar. Çünki Moskva Bakı ilə İrəvan arasında əsas moderator rolunu oynamağa iddialıdır və üçüncü dövlətlərin nizamlanma məsələsinə müdaxiləsinə qarşıdır.
Yada salaq ki, İrəvan və Paris artıq 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasına Bakını Qarabağ ermənilərinin "hüquqlarını pozmaqda" və Laçın dəhlizini "blokada" etməkdə ittiham edən sənədi irəli sürməyə çalışıblar. Lakin Fransanın hazırladığı bəyanat layihəsi bloklandı və bunda ən fəal rol oynayan Rusiya oldu. Böyük Britaniya, BƏƏ və Albaniya da bəyanatın mətninə düzəlişlər təklif etsə də, Fransa bunu qəbul etmədi və nəticə də, sənədi geri götürmək məcburiyyətində qalıb.
İndiki beynəlxalq vəziyyət, böyük dövlətlərin regiondakı maraqları və Ermənistanın uduzan tərəf olmasının etirafı BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı sənəd qəbul etməsi ehtimalını minimuma endirir.
Prezident İlham Əliyevin bir müddət əvvəlki "əgər 29 min kvadrat kilometr Ermənistan ərazisində rahat yaşamaq istəyirlərsə, Azərbaycanla sülh sazişinə razılaşmalıdırlar" sadəcə, xəbərdarlıq deyil, net mövqedir, Ermənistan rəhbərliyinə də, erməni xalqına da doğru yol xəritəsidir. Ermənistan görünür ki, bunu qəbul etmir.
BMT-dəki müzakirələrin baş tutub- tutmayacağı yaxın saatlarda bilinəcək. İstənilən halda, Ermənistanın "diplomatik həmləsi" bölgədə Qərb-Rusiya gərginliyini artıracaq. Bundan ən çox zərər çəkən isə yenə Ermənistan olacaq…//musavat.com

Siyasi       Tarix: 13 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər enson xeberler bugünki xəbərlər cəbhədən son xəbər