Ermənistanın diplomatiya oyunu - Erməni diplomat ATƏT-də, səfirlər isə sərhəddə əleyhimizə iş aparır
Ermənistanın məqsədi hər kəs üçün aydındır və siyasi şounun nəticəsindən asılı olmayaraq, düşmən ölkə mahiyyətini bir daha sübut etdi. Azərbaycanın ərazi bütövlüyünü tanımaqla manipulyasiya edən Ermənistan rəhbərliyi Azərbaycanla məsləhətləşmədən ərazimizə 19 avtomobildən ibarət karvan göndərdi. Deməli, "Azərbaycanın ərazi bütövlyünü tanıyıram" kimi yalançı bəyanatlar beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaqdan başqa bir şey deyil. Əməldə Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən bir dövlətin hər bir bəyanatı, addımı yalan üzərində qurulub. İki gündür yüklə dolu avtomobil karvanını Azərbaycan sərhəddinə gətirən Ermənistan bu gün İrəvanda akreditə olunmuş diplomatik korpusun nümayəndələrini Laçın sərhəd-keçid məntəqəsinin qarşısına toplayıb.
Ermənistan siyasi şousunu beynəlxalq təşkilatlarda da davam etdirir. Ermənistanın ATƏT-dəki daimi nümayəndəsi Armen Papikyan ATƏT Daimi Şurasının sessiyasında çıxışını Qarabağa həsr edib.
Erməni diplomat haray-həşir salaraq Qarabağda ermənilərin "acından öldüyünü", dərhal onlara kömək etməyin vacibliyini deyib. Guya Azərbaycanın bölgədə humanitar "fəlakət" yaratdığından narahat olan Papikyan ATƏT üzvü olan dövlətlərdən kömək istəyib.
Əlbəttə də ki, özlərinin siyasi oyununa beynəlxalq təşkilatları da cəlb etmək üçün münbit şərait axtaran ermənilərin əlinə hər hansı kiçik tribuna düşən kimi Azərbaycanı hədəfə alırlar.
Gün ərzində Ermənistan mətbuatının yaydığı yalan və iftira dolu məlumatlar ancaq ölkəmiz haqqındadır. Qarabağdakı soydaşlarının halına acıyan erməni mətbuatı sərhəddə dayandırılan karvanın Laçın yoluna buraxılacağını güman edir. Ermənilər onlara təklif edilən Ağdam-Xankəndi marşrutunu qəbul etmək istəmirlər. Havadarlarının dəstəyini alan Ermənistan siyasi manevrlərdən əl çəkməyincə, regionda davamlı sülh olmayacaq.
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi