"Ermənistanın döyüş potensialı yoxdur, onlar yalnız sülh prosesini pozmağa çalışır" - Ədalət Verdiyev

"Son günlər Ermənistanın qeyri-konstruktiv mövqe tutması, təxribatlara əl atması regionda hərbi-siyasi vəziyyəti gərginləşdirir. Laçın istiqamətində hərbi texnika, silah-sursat toplayan Ermənistan, eyni zamanda, Azərbaycanla sərhədin digər nöqtələrində də eyni addımları atır. Bununla belə Kəlbəcər rayonu istiqamətində atəşkəsin pozulması, Qarabağ ərazisində qeyri-qanuni erməni hərbi birləşmələrinin fəallaşması yeni təxribatların başlanmasına işarədir. Azərbaycan Ordusu düşməni nəzarətdə saxlayır və ermənilərin hər bir təxribatçı hərəkətinə adekvat cavab verməyə hazırdır".
Bunu KONKRET.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Bildirib ki, Ermənistanın həm sərhəddə, həm də Qarabağda mövcud olan qeyri-qanuni silahlı birləşmələrinin son fəaliyyətləri birmənalı şəkildə sülh prosesini pozmaq və hər iki istiqamətdə eskalasiya yaratmaq cəhdindən başqa bir şey deyil.
Ekspert hesab edir ki, Ermənistan tərəfinin bu qədər fəallaşması müharibəyə gətirib çıxartmasa da, lokal toqquşmalar ehtimalını daha da artırır:
"Ermənistanın döyüş potensialı mövcud olmadığına görə müharibə ehtimalını hələlik kənara qoyuruq. Bu münaqişəyə üçüncü qüvvənin müdaxilə etməsi mümkün deyil. İndiyə qədər baş verən proseslər onu göstərir ki, Ermənistan Fransa, İran və Hindistanın hərbi-siyasi dəstəyini nəzərə almasaq, döyüş meydanında Azərbaycanla tək qalıb və ölkəmizə qarşı heç bir təzyiq və təsir mexanizmi mövcud deyil.
Bu məsələyə üçüncü qüvvənin müdaxilə etməsi NATO üzvü olan Türkiyənin də Azərbaycan tərəfindən hadisələrə adekvat reaksiyasına səbəb ola bilər ki, bu da onlara böyük fəlakətlər vəd edir".
Vəli Həsənov,
KONKRET. az

Siyasi       Tarix: 16 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər enson xeberler bugünki xəbərlər cəbhədən son xəbər