Ermənistanın İrandan sonra Gürcüstana çıxışı da Bakının nəzarətinə keçəcək
Qafan-Gorus yolunun iki gün bağlı qalması nəticəsində iflic olan Ermənistanda qorxular davam edir.
Publika.az xəbər verir ki, ermənilərin qorxusu gələcəkdə Azərbaycanın suveren ərazisindən keçən Qafan-Gorus yolunu yenidən bağlaya bilməsi, o cümlədən, Ermənistanın Gürcüstana çıxışının da təhlükə altında olmasıdır.
Ermənistanın Milli Arxiv İdarəsinin keçmiş direktoru Amatuni Virabyan deyir ki, gələcəkdə Tavuşda və Kərkidə də analoji problem yarana bilər.
"Tavuşda anklavlar (Qazaxın 7 kəndi) və Kərki qaytarılandan sonra Ermənistanın nəqliyyat xətlərinin yenidən bloka saxlınması riski böyüyəcək", - o deyib.
Qeyd edək ki, Ermənistanın xaricə iki istiqamətdə çıxışı var: Gürcüstan və İrana.
Qafan-Gorus yolunun Azərbaycanın suveren ərazisindən keçən 21 kilometrliyinin bağlanması Ermənistanın İrana çıxışını bağladı. Hazırda yol Azərbaycanın istəklərinin yerinə yetirilməsi qarşılığında açılıb, lakin Bakı istənilən vaxt bağlaya bilər. Ermənistanın bu yola alternativ çəkdiyi yolun vəziyyəti də gələcəkdə yenə Azərbaycana möhtac olacağını göstərir.
Gürcüstana çıxış isə Qazaxın işğal altında olan 7 kəndindən keçir. Sərhədlərin delimitasiyası ilə bu kəndlərin qaytarılacağı gündəmdədir və bu, reallaşandan sonra Ermənistanın Gürcüstan çıxışı da Azərbaycanın nəzarətinə keçə bilər.
Asif
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək