Ermənistanın keçmiş XİN naziri: "Hər bir müharibə sülhlə başa çatır"
Ermənistanın üzləşdiyi hərbi-siyasi vəziyyət daha da dərinləşir və erməni cəmiyyətində dərin çatlar əmələ gəlir. Regionda dəyişən geosiyasi reallığı qəbul etməyən erməni siyasətçiləri də, düşdükləri vəziyyətdən çıxış yolu axtarır və fərqli mövqelər nümayiş etdirirlər.
Keçmiş xarici işlər naziri Ara Ayvazyan isə son iki il yarımda Ermənistan tərəfinin ölümcül səhvlər etdiyi qənaətindədir.
44 günlük müharibə başa çatandan sonra Ermənistanın xarici işlər naziri təyin edilən Ayvazyan – "Geosiyasi rerallığı, yanılış hesablamaları qərəzsiz hesab etmək lazımdır. Hər bir müharibə sülhlə başa çatır", – deyib.
Keçmiş nazirin fikrincə, Ermənistanın hazırda düşdüyü çətin və ümidsiz vəziyyət dəyişməlidir:
"Başa düşməliyik ki, hazırkı durumda rəsmi İrəvanın yeritdiyi siyasət beynəlxalq zəmanət və ya demokratik dəyərlərlə cilovlana bilməyəcək. ABŞ prezidenti Teodor Ruzvelt yüz il əvvəl xəbərdarlıq edirdi ki, bir xalq öz gücü ilə müdafiə edə bilmədiyi məsələ beynəlxalq ictimaiyyət tərəfindən müdafiə oluna bilməz".
Ayvazyan bununla Ermənistan cəmiyyətinə bildirir ki, artıq beynəlxalq aləmdən umacaqları da mənasızdır. Əgər rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və statusla bağlı Qarabağ ermənilərindən mandat almadığını deyirsə, deməli, məsələ qapanıb. Ayvazyan da buna eyham vurur.
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi