"Ermənistanın məğlubiyyəti Paşinyanın vicdanı ilə bağlıdır" - Rusiyalı politoloq
Rusiyalı politoloq Vladimir Şapovalov Ermənistanın baş naziri Paşinyanın anti-Moskva əhval-ruhiyyəsindən və onun "Qərbə getmək" istəyindən danışıb.
KONKRET.az-ın məlumatına görə, o bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan aylardır davam etdirdiyi, hç bir mahiyyəti olmayan xəttə sadiq qalmaqda davam edir:
"Birincisi, Qarabağ müharibəsindəki məğlubiyyətə görə özlərinə və tərəfdarlarına haqq qazandırmaqdır. Bildiyiniz kimi, Paşinyan buna görə Rusiya və KTMT-ni günahlandırmağa çalışır. Amma əslində Rusiya bütün öhdəliklərini yerinə yetirir. Üstəlik, Qarabağda münaqişənin sona çatmasını təmin edən Rusiya sülhməramlıları olub. Ermənistanın hərbi və siyasi məğlubiyyəti ilə bağlı hər şey Paşinyanın vicdanı ilə əlaqəlidir, öhdəliklərini tam yerinə yetirən Rusiyanın deyil.
İkincisi, Rusiya və KTMT müttəfiqləri ilə münasibətlərin tədricən zəifləməsi xəttidir.
Üçüncüsü – Qərb mərkəzliyi və Avropaya inteqrasiya xətti, Qərb ölkələri ilə tədricən yaxınlaşma
Paşinyanın icra etdiyi bütün bu xətləri eyni zamanda müşahidə edirik. Onun tərəfində demarşlar görürük. İndiyə qədər Ermənistan KTMT-dən rəsmən çıxmayıb, lakin eyni zamanda biz mütəmadi olaraq bu tipli bəyanatlar eşidirik", – deyə ekspert qeyd edib.
Günel Mikayılova,
KONKRET.az

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR