Ermənistanın məğlubiyyətini həzm etməyən ölkə

Ermənistanın məğlubiyyətini həzm etməyən ölkəErmənistanın məğlubiyyətini həzm etməyən ölkə
Noyabrın 25-də, 27 ildən sonra Kəlbəcər Ermənistanın işğalından azad olundu. Elə həmin gün Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsi müzakirə olunaraq qəbul edildi.
Beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik aktı olan bu qətnamənin erməni lobbisi və diasporunun təsiri altında qəbul edildiyinə dair fikirlər səslənir. Ciddi siyasi əlaqələrə və böyük maliyyə imkanlarına malik olan erməni lobbisinin Fransada fəaliyyət göstərdiyi sirr deyil. Lakin Senatın qeyri-qanuni təşəbbüsünün yalnız erməni izi ilə əlaqələndirilməsi yetərli görünmür. Gəlin, yada salaq ki, Vətən müharibəsinin elə ilk günlərində Fransa prezidenti cəmiyyətimizin yaddaşından uzun illər silinməyəcək əcaib bir bəyanatla çıxış etdi. Bildirdi ki, "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik".
Həmin bəyanat BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ərazi bütövlüyünün toxunulmazlığı kimi fundamental beynəlxalq-hüquq prinsipinə və bütövlükdə beynəlxalq hüquqa zidd idi. Bu bəyanat həm də onun etirafı demək idi ki, həmsədrlərdən biri olan Fransa üzərinə götürdüyü vasitəçilik missiyasında tərəfsiz deyil. Müharibənin aktiv dönəmində bu ölkənin Xarici İşlər naziri də sırf ermənipərəst mövqeyini ortaya qoydu. Elə həmin dövrdə Lion və Marsel şəhərlərindən Ermənistana silah-sursat daşınması ilə bağlı yayılan və rəsmi qaydada təkzib edilməyən məlumatlar da cəmiyyətimizin diqqətindən yayınmadı. Bu kimi faktlar Fransanın tərəfsiz vasitəçiliyini şübhə altına almaq üçün Azərbaycan cəmiyyətinə ciddi əsaslar verdi. Nə qədər ağır olsa da, qəbul etdik ki, 30 ilə yaxın müddətdə işğalçı Ermənistanın ilhaq siyasətinə, digər qanunsuz əməllərə və yeni siyasi-hərbi təxribatlara şirniklənməsində bu cür mövqelər təsirsiz ötüşməyib.
Çox keçmədi, tərəfkeşliyin səbəbləri də aydınlaşdı. Məlum oldu ki, Makron dönəmindəki demokratik Fransanın siyasi gündəmini türkfobiya və islamofobiya zəbt edib. Qeyri-sağlam, anti-demokratik, dini və etnik ayrıseçkiliyi təşviq edən siyasi ab-havanın təşəkkül tapmasında erməni lobbisinin təsiri istisna deyil. Lakin Məhəmməd peyğəmbərin (s.a.s), islam dünyasına aid müqəddəslərin karikaturası ilə bağlı Fransa dövlət rəhbərliyinin açıq mövqeyi müsəlman ölkələrinin əksəriyyəti tərəfindən təhrikçiliyə işarə kimi qəbul edildi. Bu, qırmızı xətti tapdalamaq demək idi. Senatda qətnamənin müzakirəsi zamanı qardaş Türkiyənin əleyhinə yönəlmiş ifadələrin yer alması, Fransanın siyasi rəhbərliyinin rəsmi mövqeyi ilə tam üst-üstə düşür. Qətnamə tövsiyə xarakteri daşısa da, Fransa rəsmilərinin ermənipərəst və anti-türk, islamofob mövqeyi düşünməyə əsas verir ki, Senatın beynəlxalq hüquqa zidd olan bu təşəbbüsü təsadüfi deyil və cəmiyyətimizdə təəccüb doğurmamalıdır.
Prezident İlham Əliyevin müharibə günlərində dəfələrlə səsləndirdiyi xəbərdarlığa digər ölkələr kimi, Fransa Senatı da həssas yanaşmağa borclu idi. Çünki, Azərbaycan Prezidentinin xəbərdarlığı beynəlxalq hüquqa və Fransanın özünün də qoşulduğu konvensiyalara hörməti tələb edir, dövlətlərarası sazişlərin ruhundan irəli gəlirdi. Elə bu səbəbdən, dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, kimliyindən asılı olmayaraq, hansısa ölkə qeyri-qanuni təşəbbüsə qoşulsa və qondarma rejimi rəsmi qaydada tanısa, bu, həmin ölkə ilə diplomatik münasibətlərə son qoyulmasına səbəb olacaq. Tərəddüdlə də olsa, inanmaq istərdim ki, Fransa hökuməti Senatın tövsiyəsinə əməl etməyəcək və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi öz siyasi imicinə tarixi kölgə salmayacaq.
Əgər demokratik Fransada kimsə zənn edirsə ki, ölkəmizin ərazi bütövlüyünü hansısa formada sual altına ala bilər, yanılır və özü-özünü aldadır. Azərbaycanda zamanında satın aldıqları Korsika adlı ada yoxdur və indi XVlll əsr deyil. Müasir Fransada kimsə Napoleonluq etmək iddiasına düşübsə, qəbul etməlidir ki, bu böyük tarixi şəxsiyyətin vəfat etdiyi Müqəddəs Yelena adası da Azərbaycanda yerləşmir. Əgər Fransada kimsə Ermənistanı öz protektoratına çevirmək arzusuna düşübsə, anlamalıdır ki, artıq gecikib. Protektorun yeri çoxdan boş deyil. Ən başlıcası, Fransa tərəfsiz vasitəçilik öhdəliyini öz üzərinə götürəndə bu arzusunu və indiki mövqeyini gizlətməsəydi, Azərbaycan cəmiyyətinin yaddaşında ən azından səmimi tərəfdaş kimi iz buraxardı.
Təkrarçılıq olsa da, yaranmış vəziyyət bir daha xatırlatmağa vadar edir: Türkü ya sevməlisən, ya da ona hörmət etməlisən. Etnik və ya dini ayrıseçkilik, fərqli dəyərlər, yaxud kənar təsirlər buna imkan vermirsə, beynəlxalq hüquqa hörmət etməyə borclusan. Əks təqdirdə, yaşadığımız dünya gec-tez islam və xristian aləmi üçün tək olan Uca Tanrının qəzəbinə tuş gələ bilər. Dini etiqad və etnik fərqliliyimizə baxmayaraq, gəlin, sivil qaydalara hörmət edib elə yaşayaq ki, Tanrının qəzəbinə səbəb olmayaq.
Milli Məclisin deputatı                                                                    
Ülvi Quliyev /oxu.az

Siyasi       Tarix: 26 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verdi

Bu gün Baş nazir Əli Əsədov Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub. Bu barədə -a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə A

İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Nazirlər Kabinetin

Knesset həmin layihə üzrə səsverməni dayandırdı

İsrail parlamenti (Knesset) qondarma "erməni soyqırımı"nın tanınmasına dair səsverməni dayandırıb. xəbər verir ki, bu haqda JNS öz mənbələrinə istinadən xəbər yayıb. Bildirilib ki, Nazirlər Kabineti bu təşəbbüs

Bayramovla Lavrov arasında görüş keçiriləcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xaric

Müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik – Prezident

Azərbaycan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbu

Tramp Əliyevin sözlərini "Truth Social"da paylaşdı

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışına həsr olunmuş "Breitbart News" məqaləsinə keçid paylaşıb

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 ən son xəbərlər bugün bugunun xeberleri son xeberler 2026