Ermənistanın məhvi planı işə düşdü - Prezidentin keçmiş köməkçisi 10 il öncə hazırlanan PLANI AÇDI
"Vaxtilə SSRİ-də gedən dağıdıcı proseslər bu gün Ermənistanda gedir".
Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, "Milli təhlükəsizlik partiyasının" rəhbəri Qarnik İsaqulyan deyib.
Onun sözlərinə görə, SSRİ-də dağıdıcı proseslər başlayanda heç kim buna inanmırdı: "Lakin Qarabağda hadisələr başlandı və Ermənistandakı "Qarabağ" komitəsinin bəzi üzvlərinin davranışı diqqət çəkdi. Onlardan biri həbsxanadan çıxan kimi müalicə adı altında Fransaya uçdu, lakin çox gec qayıtdı. Bu Levon Ter-Petrosyan idi. Onun proseslərə nə vaxt qoşulduğunu, kim tərəfindən edildiyini bilmirəm. Daha sonra Qarabağ münaqişəsi ətrafında proseslər son nöqtəyə çatdığı ərəfədə Robert Koçaryan, Vazqen Sarkisyan və Serj Sarkisyan bildirdilər ki, "bu insanı istirahətə göndərmək lazımdır". Lakin Petrosyanı təcrid etmək səhv idi. Onda bəziləri təkid edirdi ki, onun partiyasının fəaliyyətinə siyasi qiymət vermək lazımdır, Koçaryan təəssüf ki, buna getmədi. Bu tarixi proseslər fonunda 2018-ci ilin aprelində baş verən inqilab şübhələrə yol açır. Mən inanmaq istəyərdim ki, bu çevriliş hansısa layihə yox, xalqın istəyi ilə olub. Lakin hər keçən gün inanmağa başlayıram ki, bu layihə hələ 1998-ci ildən işlənməyə başlayıb. İndi hakimiyyətdə olan insanların fəaliyyətinə, onların ölkəyə hansı yollarla qayıtdığına baxdıqdan buna əminlik artır. Mən demirəm ki, 1998-ci ildəki çevrilişdə Qərb pulu işləyirdi, yaxud Soros var idi. Lakin hansı ölkənin xüsusi xidmət orqanlarının işlədiyi mənə anlaşılmazdır. İndi də dağılma davam edir. 2008-ci ilin 1 martında bu alınması, 10 il sonra 2018-ci ilin aprelində nail oldular".
Asif /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək