"Ermənistanın nəyə ümid etdiyini başa düşmürəm" - Aleksandr Razuvayev

Rusiyalı ekspertlər vaxtaşırı Cənubi Qafqazda baş verən siyasi hadisələrə öz münasibətlərini bildirir və geosiyasi prosesləri müxtəlif rakurslardan təhlil edirlər. Bu dəfə Avrasiya region üzrə rusiyalı ekspert Aleksandr Razuvayev aktual mövzularla bağlı fikirlərini bölüşüb.
KONKRET.az həmin müsahibəni təqdim edir.
– Orta Dəhliz və Zəngəzur dəhlizi mövzuları Rusiya və Çin üçün nə dərəcədə vacibdir? Şimal-Cənub layihəsi, eləcə də digər tranzit layihələrlə bağlı Bakı ilə Moskva arasında əməkdaşlığı necə dəyərləndirirsiniz?
– Rusiya və Çin Cənubi Qafqazda sülhün bərqərar olmasında, ticarət yollarının tam liberallaşdırılmasında maraqlıdır. Bu da ilk növbədə Azərbaycanın iki hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin potensialından istifadəni nəzərdə tutur. Bu halda Türkiyədən mallar Rusiyaya daha rahat yolla gələcək. Bu isə ticarət yolunun unikal tranzit imkanlarından sadəcə biridir. Şimal-Cənub dəhlizi Rusiya üçün də vacibdir. Dünyada Rusiya investisiyalarını qəbul etməyə hazır olan ölkələr az oldğundan bu yolun əhəmiyyəti çox deyil. Digər tərəfdən, hazırda Qarabağdakı iqtisadi perspektivlər Rusiya üçün son dərəcə maraqlıdır.
Türkiyə üçün Zəngəzur dəhlizi digər məsələlərlə yanaşı, Mərkəzi Asiya ölkələrinin bazarlarına çıxışdır. Bu isə türk dövlətləri üçün çox önəmlidir. Dəhlizin işə salınması Azərbaycanın 44 günlük müharibədə qələbəsindən dərhal sonra fəal müzakirə olundu. Bakı üçün müsbət cəhət ondan ibarətdir ki, o, öz maraqlarını diplomatik müstəvidə – Zəngəzur dəhlizinin hansı rejimdə işləyəcəyini müəyyən edən 10 noyabr Üçtərəfli Bəyanatda müəyyən edə bildi. Bu magistralın açılmasının vacibliyi ən böyük qlobal oyunçular tərəfindən qəbul edilir.
Çinə gəlincə, o, indi qiymətli kağızlar üzrə məcburi öhdəliklərindən geri çəkilir. Pekinin çoxlu pulu var və o, həm də aktiv şəkildə investisiya imkanları axtarır. Kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin işə salınması ilə həyata keçirilən nəqliyyat qovşağı Çindən Cənubi Avropaya ən qısa quru yolu təmin edəcək. Təbii ki, Cənubi Qafqazdan keçən dəhlizlər Çin üçün mühüm ticarət arteriyasıdır. Başqa effektiv alternativ yoxdur. Maraqlıdır ki, Azərbaycan Avrasiya qitəsinin tam mərkəzində Şərq-Qərb və Şimal-Cənub marşrutlarının qovşağında öz nəqliyyat və tranzit potensialını gücləndirir. Bu baxımdan, belə çıxır ki, Azərbaycan Avrasiyanın mərkəzidir. Ümumiyyətlə, Rusiyada Azərbaycan və Ermənistana münasibətdə hər kəsin fikirlərini mühakimə etmək olar. Əgər kimsə "qardaş erməni xalqı"ndan danışır və hesab edirsə ki, Rusiya nəyin bahasına olursa olsun, Ermənistanı dəstəkləməlidir, deməli, bu adam keçmişdə yaşayır.
– Fransa və Hindistan Cənubi Qafqazdan nə istəyir?
– Təəssüflər olsun ki, Cənubi Qafqaz zahirən sülh və rifah gündəmini yaxşılaşdırmağa başlayanda dağıdıcı məqamlarla üzləşir. Hindistan və Fransa artıq bir neçə aydır ki, Ermənistanı silahla təmin edir və bu proseslər fonunda revanşist bəyanatlar səslənir. Bu kontekstdə Ermənistanın nəyə ümid etdiyini başa düşə bilmirəm. Axı İrəvan müharibəyə başlamağa cəhd etsə, o zaman Ermənistan dövlətçiliyindən mərhum ola bilər. Ermənistan KTMT-dən çıxmağa cəhd etsə, yenə eyni aqibətlə üzləşəcək. Aİİ-dən çıxmaq onun iqtisadiyyatına çox ağır zərbə vuracaq. Üstəlik, Rusiya, Qazaxıstan və Belarus çətin ki, Ermənistanın iqtisadi ittifaqdan çıxdığını hiss etsinlər, çünki Ermənistan iqtisadiyyatı əhəmiyyətsizdir və resursları məhduddur. Bəli, Fransada böyük erməni diasporu var. Bəllidir ki, dünyanın bəzi ölkələrində ermənilərin təsiri mövcuddur, amma yenə də deyirəm, hərbi qisas Ermənistan üçün intihardır. Hindistana gəlincə, onun öz "yaraları" var. Yeni Dehli İrəvanla əlaqə saxlamaqla isti münasibətləri olmayan Çini bezdirmək istəyir. Digər tərəfdən, Hindistan silah bazarında özünü təsdiqləməyə və bu sahədə qlobal oyunçu kimi özünü göstərməyə çalışır. Amma mənə elə gəlir ki, hindistanlılar Ermənistanda zəif tərəfdaş seçiblər.
– 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqmı?
– Ümid etmək istərdim ki, bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və bu, tərəflər arasında gərginliyi aradan qaldıracaq. Üstəlik, müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 16 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat bu gunun xeberleri ensonxeberler xeber.az 2026