"Ramiz Mehdiyevin milyardlarla pulu xarici banklarda və dövlətlərdədir
"17 milyon nədir ki? Ramiz Mehdiyevin milyardlarla pulu xarici banklarda və dövlətlərdədir".
Bu sözləri azxeber.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O bildirib ki, Ramiz Mehdiyev bu işlərdə tək deyil:
"Ramiz Mehdiyevin xarici dövlətlərə göndərdiyi sənədlər, telefon danışıqları artıq sübuta yetirilib. Ona görə də bu gün çox ciddi işlər başlanmalıdır.
Təkcə Ramiz Mehdiyev deyil, keçmiş hökumət üzvləri, 90-cı illərdən qalan şəbəkələr bu prosesdə fəaldır. Dövlətin nüfuzunu salmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər və Ramiz Mehdiyevin tapşırıqları ilə hərəkət edirlər".
Sədr qeyd edib ki, Mehdiyevin ətrafında olan müəyyən şəxslər dərhal həbs olunmalıdır:
"İstər daxildəki, istərsə də xaricdəki müxalifət olsun-hamısı əlbir olub yenə də dövlətə qarşı çıxmaq istəyirlər. Təcili olaraq hərəkətə keçilməlidir. Mehdiyevin ətrafında olan müəyyən şəxslər dərhal həbs olunmalıdır. Əbülfəz Qarayev çox ciddi fəaliyyət göstərir. Müəyyən şəxslər orada-burada görüşürlər, müəyyən addımlar atırlar. Məqsəd Prezidentin apardığı uğurlu xarici siyasəti gözdən salmaqdır. Daxildə və xaricdə yalan şayiələrin yayılması və digər bu kimi məsələlərdə Ramiz Mehdiyev və onun ətrafındakı insanların rolu var".
O bildirib ki, Ramiz Mehdiyev ev dustaqlığında olsa belə, fəaliyyətinə davam edir:
"Müəyyən şəxslər xalqın beynində çaşqınlıq yaratmağa çalışırlar və bu, müəyyən qədər təsir də göstərir. Onlar ideoloji baxımdan çox fəaldırlar və ölkə daxilində də gərginlik yaratmaq istəyirlər. Ramiz Mehdiyev içəridədir, digərləri isə çöldədir. Məsələn, Fuad Qəhrəmanlı Fransaya gedib və orada Azərbaycan əleyhinə fəaliyyət göstərir. Bu gün Fransa Milli Assambleyasının bizə qarşı qərarları da bunun nəticəsidir.
Ramiz Mehdiyev ev dustaqlığında olsa belə, fəaliyyətinə davam edir".
H.Hacıyev vurğulayıb ki, Ramiz Mehdiyevin ətrafındakılarının uşaqları belə anti-Azərbaycan təbliğatı aparırlar:
"Əsas fiqurların çoxu xaricdədir və çox ciddi şəkildə anti-Azərbaycan təbliğatı aparırlar. Ramiz Mehdiyevin tərəfdarları, yaxınları, hətta övladları belə xaricdə Azərbaycan əleyhinə işləyirlər".
Şahanə Ziyad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq