Rayonlarda stomaloqlar niyə ixtisar edilir? - AÇIQLAMA

Rayonlarda stomaloqlar niyə ixtisar edilir? - AÇIQLAMAXəbər verdiyimiz kimi, regionlarda stomatoloqların kütləvi şəkildə ixtisara salınması ilə bağlı qərar icra olunmağa başlayıb. Bir sıra rayon mərkəzi xəstəxanalarında və dövlət tibb müəssisələrində diş həkimlərinin ştat vahidləri ləğv edilib. Bu addım səhiyyə sistemində aparılan struktur və kadr islahatları çərçivəsində həyata keçirilir. Məsələ həm tibb işçiləri, həm də regionlarda yaşayan əhali arasında narahatlıq yaradıb.  
Belə olan halda ortaya sual çıxır ki, insanlar niyə dövlət xəstəxanalarına əmanət etmirlər? 
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov azxeber.com-a açıqlamasında deyib ki, əsasən xəstələr daha çox özəl klinikalara müraciət edirlər:
"Əsasən xəstələr daha çox özəl klinikalara müraciət edirlər. Çünki özəl klinikalarda xəstələrə münasibət dövlət klinikalarından fərqlənir. Dövlət klinikalarında isə bəzən həkim-xəstə münasibətlərində gərginlik müşahidə olunur. Özəl klinikalar isə çalışır ki, belə gərginliklər olmasın və bu da xəstələrə ümid verir. 
Rayonlarda stomaloqlar niyə ixtisar edilir? - AÇIQLAMAEyni zamanda, özəl klinikada işləyən həkimlərin peşə bacarığı və məsuliyyəti adətən daha yüksək olur.
Özəl klinikada işləmək üçün həkimin adı-sanının, reputasiyasının olması vacibdir. Yəni kifayət qədər tanınmalı və etibarlı olmalıdır ki, xəstələr onun yanına gəlsin. Bu halda həm klinika, həm də həkim özü maddi baxımdan təmin olunur".
Həkim qeyd edib ki, pasientlər özəl klinikaya kor-koranə getmirlər:
"Dövlət klinikalarında isə həkimlər standart maaş aldıqları üçün bəzən xəstələrə yanaşmada fərqli münasibətlər ortaya çıxır. Bu səbəbdən xəstələr çox vaxt dövlət klinikalarından imtina edərək özəl klinikalara üstünlük verirlər. Amma bu da o demək deyil ki, özəl klinikaya kor-koranə gedirlər. Onlar əvvəlcə araşdırırlar: hansı həkim yaxşıdır, kim daha peşəkardır. Xüsusilə uşaqlarını apararkən valideynlər çox diqqətli seçim edirlər. Xalq arasında da müəyyən "seçilmiş" həkimlər olur və insanlar əsasən onlara müraciət edirlər".
R.Bağırov bildirib ki, dövlət klinikasında xəstələrin sayı azaldıqda isə ixtisar məsələsi gündəmə gəlir:
"Dövlət klinikasında xəstələrin sayı azaldıqda isə ixtisar məsələsi gündəmə gəlir. Məsələn, müəyyən ərazi üzrə hər həkimə düşən əhali sayı var. Əgər stomatoloqların sayı çox, amma xəstə sayı azdırsa, bu zaman ixtisarlar qaçılmaz olur. 
Bu isə bir tərəfdən rəqabətin artmasına səbəb olur. Dövlət klinikasında çalışan həkimlər də çalışırlar ki, daha çox xəstə cəlb etsinlər, öz üzərlərində işləsinlər və ixtisara düşməsinlər. Yəni bu proses rəqabəti stimullaşdıran amildir. Çünki "xəstəm yoxdur, boş vaxt keçirirəm, amma yenə də maaş alıram" yanaşması peşəkar həkim üçün uyğun deyil".
Şahanə Ziyad

Sosial       Tarix: 12 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun cebheden xeberler son xeberler 2026 son xeberler az