Satışa çıxarılan gizli kameralar belə yerləşdirilir - Hamama, oyuncağa, kompüterə

Satışa çıxarılan gizli kameralar belə yerləşdirilir - Hamama, oyuncağa, kompüterəSosial şəbəkələrdə mini gizli kameraların satışı ilə bağlı paylaşılan elan müzakirələrə səbəb olub. 
azxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, əsasən "TikTok" platformasında elektron ticarət məqsədilə yaradılmış səhifədə düymə ölçülü kameralar gündəlik əşyalar kimi açıq şəkildə satışa çıxarılıb.
Görüntülərdən də aydın olur ki, çox kiçik ölçüdə olan kameraları müxtəlif əşyaların üzərinə yapışdırmaq mümkündür. Paylaşıma rəy yazan izləyicilər də bu tipli reklamların yolverilməz olduğunu, belə ticarət üsullarının şəxsi həyata qanunsuz müdaxilələrə yol aça biləcəyini qeyd ediblər. 
Diqqət çəkən vacib məqamlardan biri də minimal ölçülü kameraların təhlükəsizlik məqsədilə deyil, məhz gizli yerlərə - hamam, qapı cəftəsi, oyuncaqlar, kompüterlərin üstünə yapışdırılmasıdır. Bu reklamlar sanki həmin izləmə kameralarının asanlıqla əldə olunması və qeyri-qanuni istifadəsi üçün ideya verir. Həm də cəmi 21 manata təklif edilir. 
Məlumat üçün bildirək ki, gizli kameraların qanunsuz satışı və istifadəsi hüquqi məsuliyyət yaradır. Bu əşyalar ölkədə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir. 
İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər barəsində həmin vasitələrin müsadirə edilməsi və 200–400 manat məbləğində cərimə tətbiq olunur. Bu vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000–5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Sosial       Tarix: 12 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Xəzərdə böyük oyun: Nə baş verir?

Türkmənistan uzun illərdir nəhəng qaz ehtiyatlarının ixracını şaxələndirmək üçün yeni imkanlar axtarır və bu kontekstdə Transxəzər marşrutu ən optimal variantlardan biri hesab olunur. ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazd

Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb

Çin-Azərbaycan əməkdaşlığında müsbət dinamika müşahidə olunur. KONKRET.azteleqraf-a istinadla xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib. Səfir bildirib ki, qarşılıqlı siyasi etimadı

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır. Bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayı

Hansı ölkədə təqaüdə çıxma daha sərfəlidir? - Reytinq

"Natixis Qlobal Təqaüd İndeksi" dünyada təqaüdə çıxmaq üçün ən əlverişli ölkələrin reytinqini bəyan edib. -a istinadla xəbər verir ki, 2026-cı il üzrə nəticələrə əsasən, Norveç təqaüdçülər üçün ən yaxşı ölkə seçilib

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Kuryerlər üçün aylıq vergi təklif olunur

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. oxuaz-a istinadən xəbə

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

"Bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq". oxuaz-a istinadən xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət


son xeberler yeni xeberler azerbaycan xeberleri xabarlar ən son xəbərlər son xeberler bugun son xeberler bugun 2026 canli