Ermənistanın peşmanlığı: vaxtında etsəydik...
"Diplomatiyaya daha çox pul xərcləsəydik, bu gün yəqin ki, yanımızda qan tökməyə hazır olan müttəfiqlərimiz daha çox olardı".
Publika.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan fraksiyasının millət vəkili Arkadi Xaçatryan "Dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bəyan edib.
Ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyan isə bildirib ki, sistem lazımi şəkildə islah edilməyibsə və konkret planlaşdırılmış potensialın yaradılmasını davam etdirmirsə, daha çox pul keyfiyyət dəyişikliklərinə səbəb ola bilməz.
O qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi büdcəsinə qənaət etməyə başlayıb.
Nazir Ermənistanın dost ölkə sarıdan çartışmazlıq yaşamadığını dilə gətirib.
Qeyd edək ki, Ermənistan Dağlıq Qarabağda münaqişə hərbi əməliyyatlar mərhələsinə keçəndən bəri ən yaxın dostu və müttəfiqi hesab etdiyi Rusiyadan dəfələrlə kömək tələb edib, Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müxtəlif cəhdlərlə münaqişəyə cəlb etmək istəyib. Lakin Rusiya Prezidenti Vladimir Putin "döyüş Ermənistan ərazisində getmir" cümləsi ilə bu yardım ümidlərini kökündən kəsib. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanın kömək məktubuna cavab yazmağa belə təşəbbüs göstərməyib.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür