Ermənistanın sülh müqaviləsinə ehtiyacı yoxdur - Keçmiş baş nazir
"Azərbaycana sülh müqaviləsi lazım deyil. Yeri gəlmişkən, Ermənistanın da buna ehtiyacı yoxdur. Ancaq deyirlər ki, bu sülh müqaviləsi yalnız Ermənistana lazımdır".
KONKRET.az xəbər verir ki, bunu martın 17-də NEWS.am-ın müxbirinə müsahibəsində keçmiş baş nazir və "Birgə" hərəkatının həmtəsisçisi Qrant Baqratyan deyib.
Onun sözlərinə görə, bu sülh müqaviləsində ən vacib şey yoxdur: "Azərbaycan və Ermənistanın bir-birinin sərhədlərini qarşılıqlı şəkildə tanıması. Bu maddə olmadan, o, yalnız müharibə haqqında bir sənəd olacaq.Ancaq Paşinyan göstərmək istəyir ki, 7 illik hakimiyyəti dövründə nəyəsə nail olub".
Baqratyan sülh müqaviləsindəki son iki maddədən də söz açıb:
"Bu isə o deməkdir ki, biz rusları Ermənistandan çıxarırıq və Azərbaycan Ermənistana hücum edəndə heç kim onların qarşısını kəsməyəcək. İkincisi, İranla heç bir hərbi-siyasi müqavilə imzalanmayacaq. İddiaların geri götürülməsi də Ermənistanın ziyanına olacaq".
Rəsmiyyə Şərifova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir