Ermənistanın taleyi bu gün həll olunacaq - Paşinyan saatlar ərzində...
Ermənistan baş naziri Nikol Paşinyanın istefası bir neçə günün işidir.
Publika.az xəbər verir ki, bunu Vətən Partiyasının üzvü Arsen Babayan jurnalistlərə açıqlamasında bildirib.
"Bu gün həlledici mitinq başlayır. Əminəm ki, saatlar ərzində olmasa da, bir neçə gün ərzində Paşinyan baş nazir kürsüsündə oturmayacaq", - o qeyd edib.
Siyasətçi hökumətin istefasını tələb edən müxalifət mitinqləri zamanı qarşıdurmaların qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistanın müxalif qüvvələri etiraz aksiyaları və ümumtətil keçirmək niyyətindədir. Əsas mitinqin hökumət binasının qarşısındakı Respublika Meydanında keçirilməsi planlaşdırılır.
Etirazçıların 3 tələbi var: baş nazirin könüllü istefası, parlamentin impiçmenti və hökumət başçısının tutulması.
Ermənistanda aksiyalar 10 noyabrdan baş nazirin Qarabağla bağlı imzaladığı üçtərəfli bəyanata cavab olaraq başlayıb. Müxalifət Paşinyanı milli maraqlara xəyanət etməkdə günahlandırır və istefasını tələb edir.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək