Ermənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTO

Ermənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTOErmənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTO
Oktyabrın 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 55-ci iclası videokonfrans formatında keçirilib. 
Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, videokonfransda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvlərindən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə deputat Ramin Məmmədov, digər üzv ölkələrin – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Ermənistanın nümayəndələri iştirak ediblər. Videokonfransı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev açıq elan edib.
Daha sonra gündəlik qəbul olunub, QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin bu ilin iyulunda keçirilmiş 54-cü iclasının protokolu təsdiqlənib. 
"Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər" mövzusuna həsr olunmuş 55-ci iclasda hesabat məruzəsini təqdim edən Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev bildirib ki, hazırkı məruzə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna milli nümayəndə heyətlərinin təqdim etdikləri informasiyalar əsasında hazırlanıb.
Məruzəçi vurğulayıb ki, Azərbaycan dünya miqyasında koronavirusla mübarizəyə böyük dəstək verib, pandemiya başlanandan etibarən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib.
Məruzə ətrafında çıxışlarda öncə Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin sədri Metin Gündoğdu 2020-ci ildə dünyanı cənginə alan COVİD-19-la bağlı yaranmış vəziyyətdən söz açıb. Türkiyədə koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.  
Gürcüstan nümayəndə heyətinin üzvü Zaza Qabuniya ölkəsində bu istiqamətdə görülmüş işlərdən söz açıb. 
Daha sonra Ermənistan nümayəndə heyətinin üzvü Anuş Beqloyanın mövzudan yan keçərək Dağlıq Qarabağ problemi və cəbhə xəttindəki vəziyyətlə bağlı reallıqdan uzaq, qeyri-obyektiv fikirlərinə Azərbaycan nümayəndə heyətinin üzvləri dərhal cavab veriblər. 
Tədbirdə Bolqarıstanın nümayəndəsi Petar Kınevin çıxışından sonra məruzə ətrafında diskussiyalar yekunlaşıb. İclasda "Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər" mövzusunda hesabatın layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada təqdim olunması üçün müəllif Musa Quliyev məruzəçi təyin olunub. Komitə üzvləri yekdil səslə tövsiyə layihəsini də təsdiqləyiblər.
Videokonfransda QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev iqlim dəyişiklikləri ilə əlaqədar qurumun təkliflərini diqqətə çatdırıb.
İclasda QDİƏT-in nümayəndəsi Sergey Qonçarenko Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti haqqında danışıb, 2021-ci ilə dair iş planı barədə məlumat verib.
Həmin gün Qara Dəniz İqtisadi Əməkdaşlığı  Parlament Məclisinin İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin də 55-ci iclası keçirilib. Onlayn toplantıda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri, deputatlar - Eldar İbrahimov və  Elşad Mirbəşiroğlu iştirak ediblər. 
Gündəliyin qəbulundan sonra komitənin 7 iyul 2020-ci il tarixində videokonfrans  formatında  keçirilmiş 54-cü  iclasının  protokolu təsdiq edilib.
Mövzu ilə bağlı hesabat məruzəsini qurumun Rumıniyadan olan nümayəndəsi Katalin Zamfira  təqdim edib. Qeyd olunub ki, məruzə nümayəndə heyətlərinin təqdim etdikləri hesabatlar əsasında hazırlanıb.
Katalin Zamfira koronavirusla mübarizədə QDİƏT ölkələri arasında möhkəm əməkdaşlıq və intensiv dost yardımlarının mövcudluğundan məmnun olduğunu bildirib. Qeyd olunub ki, virusun yayılmağa başladığı andan etibarən bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib, vaxtaşırı bir-birlərinə kömək əli uzadıblar. Məruzəçi pandemiyanın quruma  üzv ölkələrin iqtisadiyyatına, xüsusən turizm sektoruna vurduğu zərərlərdən geniş söhbət açıb. 
Məruzə ətrafında çıxış edən qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri, TBMM üzvü  Camal Öztürk qardaş ölkədə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər  barədə danışıb. Sonra Bolqarıstan nümayəndəsi Krasimir Velçev öz ölkəsində pandemiya ilə mübarizə istiqamətində görülən işlər haqqında məlumat verib.
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu onlayn konfransda çıxış edərək Ermənistan  nümayəndə heyətinin üzvü Vahe Enfiajyanın Dağlıq Qarabağ problemi və cəbhə xəttində vəziyyətlə əlaqədar qərəzli fikirlərinə cavab verib. Deputat son günlərdə Azərbaycanın  cəbhəboyu ərazilərdən tam kənarda yerləşən Gəncə, Şəmkir, Beyləqan, Ağcabədi, Mingəçevir kimi şəhər və rayonlarının erməni silahlı qüvvələrinin ağır artilleriya, top və raket qurğularından  durmadan atəşə tutulduğunu, həlak olan və yaralanan xeyli sayda mülki əhali arasında  azyaşlıların, qadın və qocaların, hətta ölənlər arasında iki məktəblinin olduğu faktlarını diqqətə çatdırıb.
Sonra mövzu ətrafında müzakirələr davam etdirilib. "Pandemiya ilə mübarizədə parlamentlərin rolu: iqtisadi aspektlər" mövzusunda hesabat layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada təqdim olunması üçün Katalin Zamfira məruzəçi təyin olunub.
Videokonfransın sonunda təşkilati məsələlərə baxılıb.
Ermənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTOErmənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTOErmənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTOErmənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTOErmənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTOErmənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTOErmənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTOErmənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTO

Siyasi       Tarix: 08 oktyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az