Ermənistanın Təhlükəsizlik Şurasının Katibi nə istəyir? - ŞƏRH

Ermənistanın Təhlükəsizlik Şurasının Katibi nə istəyir? - ŞƏRHİyunun 4-də Ermənistanın TŞ-nın Katibi Armen Qriqoryanın ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibə geniş əks-səda doğurub. Müsahibə zamanı bir çox məsələlərə toxunan Qriqoryan hadisələrə birmənalı yanaşıb. Bölgədə yaranan yeni geosiyasi vəziyyətlə barışmaq istəməyən Qriqoryanın erməni cəmiyyətinə verdiyi mesajlar vəd edilən sülh müqaviləsinin sual altında olmasını göstərir.
Azərbaycanın öz suveren ərazisində sərhəd keçid məntəqəsinin quraşdırmasından tutmus, kommunikasiyaların açılmasına, delimitasiya və demarkasiyanın aparılmasına toxunan Armen Qriqoryan Ermənistanın silah bazarındakı mövqeyinə də aydınlıq gətirib:
"Bir çox ölkələr var ki, onlarla silah alqı-satqısı ilə bağlı intensiv müzakirələr aparırıq. Bəziləri ilə nəticə də əldə edilib, bəziləri ilə hələdə danışıqlar davam etdirilir".
Qriqoryan Azərbaycan və Ermənistanla sülüh sazişinin bağlanması perspektivinə də toxunub:
"Danışıqlar intensiv gedir. Əgər biz bu kursu davam etdirə bilsək və beynəlxalq ictimaiyyətdən dəstək olarsa, ilin sonunda sülh sazişinin bağlanması mümkündür".
Amma Ermənistan Təhlükəsizlik Şurasının katibinin Laçın yolu ilə bağlı söylədikləri Azərbaycanın ərazi bütövlüyünə ziddir. Azərbaycan suverən ölkədir və sərəhədlərinə də özü nəzarət edir. Üçüncü ölkənin Azərbaycanın daxili işlərinə qarışması beynəlxalq hüquqla yolverilməzdir. Amma ərazilərimizi 30 il ərzində zəbt edən Ermənistan özünü işğal dövründəki kimi aparır. Düzdür rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Amma Azərbaycan-Ermənistan sərhəddinin Laçın rayonu ərazisindən keçən hissəsində sərhəd keçid məntəqəsinin quraşdırılmasını qəbul etmək istəmir və bəzi iddialar irəli sürür.
Armen Qriqoryan deyir ki, Ermənistan Qarabağda və Laçın yolunda beynəlxalq ictimaiyyətin iştirakının tərəfdarıdır.
Ermənistannın Təhlükəsizlik Şurasının Katibinə Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı isə gecikməyib:
"Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı. Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir. Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 05 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v


azerbaycan xeberleri yeni xeberler son xeberler qurban bayrami 2026 son xeberler bugun sonxabar az maşın realiti şou