Ermənistanın təxribatları ABŞ-ın məşhur radio verilişində müzakirə olundu

Ermənistanın təxribatları ABŞ-ın məşhur radio verilişində müzakirə olunduErmənistanın təxribatları ABŞ-ın məşhur radio verilişində müzakirə olundu
Sentyabrın 2-də ABŞ-da geniş nüfuza malik və Nyu-Yorkdan bütün ölkə ərazisinə yayımlanan "Con Batçelor" şou-radio proqramında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə yayımlanıb.
Səfirlikdən verilən məlumata görə, müsahibədə əvvəlcə son zamanlar Yaxın Şərqdə normallaşma proseslərinin məhz Azərbaycanın nümunəsinə əsaslanması qeyd olunub.
Con Batçelor Azərbaycana etdiyi səfərləri çərçivəsində ölkəmizdə bütün xalqlar, o cümlədən yəhudilərin sülh və dostluq şəraitində yaşamasının, antisemitizmin müşahidə olunmamasının, burada yəhudi icmalarına göstərilən diqqət və qayğının, onların öz dini etiqadlarını sərbəst şəkildə yerinə yetirmək azadlıqlarının canlı şahidi olduğunu bildirib və bunu digər ölkələrə örnək kimi təqdim edib.
Səfir Süleymanov yəhudilərin ölkəmizdə yüzilliklər boyu yaşamasını xatırladaraq, burada onlara qarşı nəinki dözümlülük nümayiş etdirildiyini, onlara cəmiyyətin ayrılmaz parçası olaraq dəyər verildiyini diqqətə çatdırıb. E.Süleymanov qeyd edib ki, İsrail mətbuatında da Azərbaycanın nümunəsi davamlı olaraq işıqlandırılır.
Daha sonra Con Batçelor son zamanlar Rusiyanın Ermənistana hərbi yük daşımaları ilə bağlı sual ünvanlayıb və bu məsələ ətrafında Azərbaycan tərəfinin narahatçılığı ilə mətbuatdan tanış olduğunu bildirib. E.Süleymanov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlarda Minsk Qrupunun həmsədri qismində Rusiyadan ədalətli mövqe gözlənildiyini bildirib. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüş zamanı məsələ ilə bağlı Azərbaycan tərəfinin narahatlığını diqqətə çatdırdığını, Azərbaycanın sülh prosesinə sadiqliyini və substantiv danışıqlardan real nəticələr gözlənildiyini bəyan etməsini xatırladıb. Səfir Azərbaycanın bu yanaşmasının Rusiya tərəfindən dəstəkləndiyini bildirib. Lakin buna baxmayaraq, Rusiyadan yük təyyarələrinin Ermənistana hərbi təchizat daşımasının müşahidə olunduğunu, Rusiya müdafiə nazirinin ölkəmizə səfəri zamanı bu təyyarələrin tikinti materialları daşımasını iddia etməsini bildirib. Rusiyadan və İran hava məkanından keçərək Ermənistana tikinti materiallarının daşınması izahatının qənaətbəxş olmadığını qeyd edib.
Səfir ölkə Prezidenti İlham Əliyevin və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı açıq şəkildə narahatlığına istinad edərək, Rusiya tərəfinin məsələyə tam aydınlıq gətirəcəyinə və Minsk Qrupu həmsədri kimi obyektiv vasitəçi kimi fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.
Müsahibə zamanı Con Batçelor Ermənistanın Tovuz istiqamətində təxribat cəhdi zamanı Azərbaycanın hərbi qulluqçuları və mülki əhali arasında itkilər olduğunu bildirərək, Ermənistanın hücumunun Cənub Qaz Dəhlizinə təhdid yaratmaq məqsədi daşıyıb-daşımadığını səfirdən soruşub. Səfir Süleymanov erməni təxribatınının məhz bu ərazidə olmasının aydın şəkildə qlobal enerji təhlükəsizliyinə töhfə verən layihələrə təhdid yaratmaqla, ümumi regionun rifahına zərbə vurmaq məqsədi daşıdığını, eləcə də Ermənistanın özünə ziyanlı olduğunu qeyd edib. /oxu.az

Siyasi       Tarix: 04 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az beynelxalq bank mezenne dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat