Ermənistanın XİN rəhbəri: "Azərbaycan sülh sazişinin elementlərini bizə verib"
"Azərbaycan sülh sazişinin elementlərini bizə verib".
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. O, bu gün bəyan edib ki, Azərbaycan beş prinsip əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin elementlərini təhvil verib.
"Martın əvvəlində Azərbaycanın təqdim etdiyi 5 bəndlik təkliflərdə qəbuledilməz heç nə yoxdur, lakin onlar tam gündəliyi ifadə etmir.
Bu dəfə Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər, əslində, həmin prinsiplər üzərində qurulub. Elə şeylər var ki, biz hələ təhlil edirik, reaksiya verəcəyik, yenə bizim üçün məqbul sayılacaq şeylər olacaq, qəbul olunmayanlar da olacaq, təkliflərimiz də olacaq. Normal danışıqlar prosesi davam edəcək", – deyə Mirzoyan bildirib.
O qeyd edib ki, Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizminin yaradılması ideyası var, müzakirələr aparılır.
"Bizim bir mövqemiz var, Azərbaycanın başqa mövqeyi var. Biz ümumi qarşılıqlı mövqeyə gələndə sizə məlumat verəcəyik", – deyə XİN rəhbəri bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü