Ermənistanın yalan dolu şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdləri uğursuzluğa düçardır
Ermənistanın yalan dolu şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdləri uğursuzluğa düçardır
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin BBC Agentliyinə müsahibəsinə dair açıqlaması ilə bağlı şərh verib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti BBC Xəbər Agentliyinə müsahibəsində növbəti dəfə Azərbaycanın beynəlxalq hüquqa və BMT TŞ-nin qətnamələrinin tələblərinin həyata keçirilməsinə əsaslanan mövqeyini açıqlayıb, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki ermənilərin Azərbaycanın vətəndaşları kimi qəbul olduqlarını və müharibənin buradakı erməni əhalisinə deyil, qanunsuz xunta rejiminə qarşı aparıldığını vurğulayıb. Azərbaycan dövlət başçısının kifayət qədər aydın şəkildə ifadə etdiyi fikirlərinin təhrif edilməsi Ermənistan XİN-in beynəlxalq ictimaiyyəti yanıltmaq üçün növbəti uğursuz cəhdidir.
Azərbaycan ərazilərinin işğalı zamanı yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması, dinc insanlara qarşı müharibə cinayətlərinin törədilməsi, eləcə də Ermənistanın yeni təcavüzü çərçivəsində cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinin və mülki şəxslərin məqsədli şəkildə atəşə tutularaq insanlıq əleyhinə cinayət kimi tövsif ola biləcək aktların törədilməsinin məsuliyyəti bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir.
Ermənistanın yalan dolu şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Azərbaycanlı əhaliyə qarşı törədilən çoxsaylı müharibə cinayətləri məsuliyyətindən boyun qaçırmaq cəhdləri uğursuzluğa düçardır. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."