Ermənistanla yaxın dövrdə sülh müqaviləsinin imzalanması mümkündür' - Deputat

Ermənistanla yaxın dövrdə sülh müqaviləsinin imzalanması mümkündür' - DeputatAvropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə 14 may tarixli sayca beşinci görüşü keçirilib.
Milli Məclisin deputatı Naqif Həmzəyev Brüssel görüşünün nəticələri ilə bağlı azxeber.com-a açıqlama verib.
"Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir. Çünki bu görüşdən sonra verilmiş bəyanatdan belə bir nəticəyə gəlmək olur ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını təsdiqləyir. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycana ərazi iddialarından əl çəkir. Azərbaycan ərazilərində yaşayan ermənilərin məskunlaşdığı ərazilərə dair heç bir statusla bağlı istəkləri və iddiaları yoxdur. Bununla yanaşı verilmiş bəyanatlarda "Dağlıq Qarabağ" sözünün keçməməsi, Laçın yolunda qurulan nəzarət-keçid məntəqəsi ilə bağlı heç bir cümlənin olmaması o deməkdir ki, ermənilərin bu məsələlərlə bağlı artıq iddiaları yoxdur. Azərbaycanın suverən məsələlərinə qarışmırlar. Avropa İttifaqı da bunu anlayır.
Deputat deyib ki, Fransa Brüssel görüşünə maneə olmaq istəyib: 
"Brüssel görüşünün yenidən bərpa edilməsi, üçtərəfli görüşün Şarl Mişelin moderatorluğu ilə keçirilməsi faktiki olaraq Fransanın bu proseslərdən kənarda qalması deməkdir. Fransa Brüssel formatına müdaxilə edərək, bu formatda görüşlərin keçirilməsinə maneələr törədirdi. Proseslərdə yubanmalar müşahidə edilirdi. Bu baxımdan artıq Avropa İttifaqı da anlayır ki, Azərbaycan Avropa Şurasının moderatorluğu ilə keçirilən görüşlərdə Fransanı masada görmək istəmir. Başqa bir vasitəçinin bu formata daxil edilməsi bizim tərəfimizdən qəbul edilən deyil. Çünki Fransa açıq formada Ermənistanı dəstəkləyir. Ermənistanın sülh prosesində irəliləməsinə maneəçilik törədir. Ermənistanın silahlandırılmasına töhfə verir. Bu baxımdan da Brüssel görüşün əhəmiyyəti çoxdur. Ümid edirik ki, ABŞ-da baş tutan görüşdən sonra Brüssel görüşündə dövlət rəhbərlərini bir araya gəlməsi bu formatda görüşlərin davam etdirilməsi ilə nəticələnəcək".
Millət vəkilinin sözlərinə görə Ermənistan verdiyi öhdəlikləri tutacağı təqdirdə yaxın dövrdə sülhün baş verməsi mümkün olacaqdır:
"Sülh prosesinin baş verməsi üçün baza prinsipləri əsasında anlaşma imzalana bilər. Ancaq sərhədlərin tanınması, delimitasiya və demarkasiya məsələləri müəyyən zaman alacaq. Sülh anlaşması olacağı təqdirdə regionda uzunmüddətli və dayanıqlı sülhə biz daha da yaxınlaşacağıq. Kommunikasiyaların bərpa edilməsi mümkün olacaq. Azərbaycan-Ermənistan arasında münasibətlər normallaşacaqdır. İrimiqyaslı hərbi toqquşmaların təxribatların olma ehtimalı azalacaq. Bu region dövlətlərinin inkişafına töhfə vercəkdir".
Şəbnəm Zahir

Siyasi       Tarix: 15 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler cəbhədən son xeber cəbhədən şad xəbər xəbər.az