Ersin Tatar: "Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də münasibətlər qurmaq istəyirik"

Ersin Tatar: "Önümüzdəki illərdə Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də münasibətlərin qurulması və inkişaf etdirilməsi bizim də haqqımızdır".
KONKRET.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ADA Universitetində tələbələrlə görüşdə çıxışı zamanı deyib.
Prezident Şimali Kiprin tarixi barədə danışarkən bildirib: "Bizim zəngin tariximizlə, mədəniyyətimizlə tanış olmaq üçün istər uzaq Amerikadan, istərsə də Afrikadan və bir sıra başqa ölkələrdən turistlər ölkəmizə səfərlər edirlər. Şimali Kipr çətin coğrafiyada yerləşən, qədim tarixi olan, ağır müharibələrdən keçmiş və bu gün də mübarizəsini davam etdirən bir adadır".
Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk öndərliyində Türk ordusu istiqlal savaşında Şimali Kiprdə azadlıq mübarizəsi apararkən bir çox şəhidlər verib: "Bizim Türkiyə ilə qırılmaz bağlarımız var. Bu gün Şimali Kiprin mövcudluğuna zamin olan ölkə də Türkiyədir".
"Yunan Kiprinin müstəqilliyi tanınıb və buradakı yunan vətəndaşlar heç bir sanksiyalara məruz qoyulmur. Lakin bunun əksinə, Şimali Kiprdə məzlum türk xalqı illərdir sanksiyalara məruz qoyulur. Burada da global arenada ikili standtarlara məruz qalan sadəcə kiprli türklərdir", – Prezident xatırladıb.
E.Tatar vurğulayıb ki, Azərbaycanla eyni millətin övladları olaraq onlaın taleyi, kədəri və sevinci birdir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlığı xalqlarımızı bir-birinə daha da sıx bağlayır. Ana vətənimiz Türkiyənin dəstəyi ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilmişik. Qardaş Azərbaycanın da dəstəyi ilə bundan sonra regionda siyasi münasibətlərimizin daha da genişlənəcəyinə, siyasi, iqtisadi, sosial, mədəni və bir sıra sahələrdə işbirliklərinin daha da inkişaf etdiriləcəyinə inancımız tamdır. Önümüzdəki illərdə Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də münasibətlərin qurulması və inkişaf etdirilməsi bizim də haqqımızdır".Report

Siyasi       Tarix: 14 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler cəbhədən son xəbərlər 2026 xeber saytlari