Əsəddən "Ərdoğanla görüşəcəksinizmi" sualına TƏƏCCÜBLƏNDİRİCİ CAVAB: "Əgər..."
"Əgər bir araya gəlmək nəticə verəcəksə, ölkələrin maraqları üçün hər şeyin həyata keçirilməsinin vacib olduğunu söyləyə bilərəm".
Publika.az xəbər verir ki, bunu Suriya rejiminin rəhbəri Bəşər Əsəd "Prezident Ərdoğan ilə görüşərsinizmi" sualına cavab olaraq deyib.
Dövlət televiziyasında Suriyanın taleyi ilə bağlı sualları cavablandıran Əsəd bildirib ki, söhbət ölkələrin maraqları olanda, şəxsi duyğuları bir kənara qoymaq lazımdır.
Bağdadinin İdlib şəhərində öldürülməsi məsələsinə gəlincə, Əsəd "Onun yox edilməsi məsələsində Amerika qurumları ilə heç bir əlaqəmiz olmadı. Daha da əhəmiyyətlisi, bu əməliyyatın həqiqətən keçirilb-keçirilmədiyini bilmirik" sözlərini deyib. O, ABŞ-ın hələ ki, Əsədin öldürülməsinə dair hər hansı dəlil təqdim etmədiyini, Suriyanın bu məsələdə yardımçı olduğunu isə xəbərlərdən öyrəndiklərini deyib.
Əsəd terror ideologiyası yaşadığı müddətcə Bağdadi və digər terrorçuların ölümünün heç bir işə yaramayacağını dilə gətirib.
Zümrüd /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib