Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi