Əsgərimiz dərhal azad edilməlidir' - Kombinatın gözətçisini ermənilər özləri öldürüb

Əsgərimiz dərhal azad edilməlidir' - Kombinatın gözətçisini ermənilər özləri öldürübXəbər verdiyimiz kimi, ermənilər tərəfindən əsir götürülən və saxta ittihamlarla cinayət işi açılan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.
O, Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirilib.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbçiləri 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu itiriblər, nəticədə Ermənistan ordusu tərəfindən əsir götürülüblər.
Ermənistanın Azərbaycan hərbçisinə 20 il həbs cəzası müəyyən etməsi ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a açıqlama verib.
Əsgərimiz dərhal azad edilməlidir' - Kombinatın gözətçisini ermənilər özləri öldürübO bildirib ki, günahsız Azərbaycan əsgərini 20 il həbsə məhkum etmək Ermənistanın hüquq sisteminin işləmədiyinin , Azərbaycanla düşmənçilik niyyətində olduqlarının  göstəricisidir:
"Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu itirən əsgərimizə 20 il həbs qərarının verilməsi Ermənistanda Azərbaycana qarşı etnik nifrətin hələ də qaldığını deməyə əsas verir. Yolu azan, sərhəddi keçən silah olmayan əsgərə qarşı bu cür qəddarcasına davranış Ermənistanın sülhü istəmədiyini göstərir. Əsgərimiz erməni vətəndaşını öldürməkdə ittiham edilir. Ancaq bu qondarma, saxta ittihamdan ibarətdir".
Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan Hüseyn Axundovun üzərindən saxta ittihamlar qaldırılmasını tələb edir: 
"Əsgərimiz dərhal azad edilməlidir. Nə qədər ki, Ermənistanın hüquq sistemində çalışanlar azərbaycanlılara nifrəti qanundan üstün tutacaqlar, Ermənistan-Azərbaycan arasında sülhə nail olunmayacaq. Nəticə etibari ilə bu cür addımlar ermənilərin hələ də düşmənçilikdən əl keçməklərinin göstəricisidir".
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli də azxeber.com-a fikirlərini bildirib:
Əsgərimiz dərhal azad edilməlidir' - Kombinatın gözətçisini ermənilər özləri öldürübSiyasi şərhçi hesab edir ki, Zəngəzur mis-molibden kombinatının gözətçisini ermənilər özləri öldürüb:
"Əlbəttə ki, hərbçimiz Hüseyn Axundov iddialar əsasında həbs edilib. Hərbçi yolunu azaraq Ermənistan sərhəddinə keçib və mənfur düşmənlərimiz tərəfindən əsir götürülüb. O, Zəngəzurdakı mis-molibden kombinatından tam kənar keçib. Hərbçimizin kombinatın gözətçisini öldürmək istəməsi nəyinə lazımdır?. Həmin gözətçinin öldürülməsi faktı da sonradan açıldı. Məlum oldu ki, bu cinayət elə ermənilərin işi imiş. Demək istəyirəm ki, bizim hər iki hərbçimizə ağır ittihamlarla cəza verilib".
Politoloq əlavə edib ki, sözügedən məsələnin yeganə çıxış yolu erməni hərbçilərlə azərbaycanlı hərbçilərin dəyişdirilməsidir:
"Bircə həmin cəzaların içində sərhədi silahlı keçmə məsələsində müəyyən cinayət tərkibi ola bilər. Qalan bütün ittihamlar yalan və qəbuledilməzdir. Prosesin yeganə yolu odur ki, ya məhkəmənin verdiyi qərar ləğv edilməlidir, ya da hökm oxunulmuş erməni hərbçilərlə Ermənistanda əsir götürülmüş azərbaycanlı hərbçilər dəyişdirilməlidir. Əsas məsələ ondan ibarətdir ki, adam öldürmək və sərhədi qeyri-qanuni silahla keçmə iddiası var. Ermənistan da öz qanunlarını Avropa standartlarına uyğun formalaşdırıb. Bu səbəbdən də yəqin ki, onlar iki ittihamı əsas götürərək hərbçimizə 20 il həbs cəzası veriblər".
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusunda dərc edilib.
Əsgərimiz dərhal azad edilməlidir' - Kombinatın gözətçisini ermənilər özləri öldürüb

Siyasi       Tarix: 24 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler ensonxeberler gunun xeberleri krimnal xeber