Əsgərlikdən gəldiyi gün dava saldı, həbs olundu
Ağsu rayonunda hərbi xidmətdən qayıdan gənc dava saldığı üçün həbs edilib.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, hadisə bu ilin aprelin 22-də baş verib.
2005-ci il təvəllüdlü Sənan Mahirov (ad və soyad şərti verilib – red.) bu günlərdə hərbi xidmətdən tərxis olunduğu üçün yaşadıqları evdə şənlik təşkil olunub. Şənlikdə onun qohumları da iştirak ediblər.
Şənlikdə araq icən Sənan sərxoş vəziyyətə düşüb. O, xalasının əri ilə rəqs üstündə mübahisə edib.
Mübahisə dava-dalaşa çevrildiyi üçün hadisə yerinə polis əməkdaşları gəlib. Polislər onu Ağsu Rayon Polis Şöbəsinə dəvət ediblər.
Polis şöbəsinə gətirildikdən sonra Sənan polis şöbəsinin inzibati binasının qarşısında özündən aslı olmadan əsəbləşib və ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri söyməyə başlayıb.
Polis əməkdaşları onu nizam- intizama dəvət etsələr də o, hərəkətlərinə davam edib.
Sənanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan etdiyi hərəkətlərə görə çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib.
Ağsu Rayon Məhkəməsinin qərarı ilə Sənan 15 gün müddətində inzibati qaydada həbs edilib.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?