Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLARFevralın 28-dən ABŞ və İsrailin İranda keçirdiyi hərbi əməliyyatlar sırasında bir sıra yüksək rütbəli və vəzifəli şəxslər həlak olsa da ölkənin hakimiyyət sistemi müharibə şəraitində fəaliyyətini və strateji qərarvermə qabiliyyətini qoruyub saxlayır. 
KONKRET.az xəbər verir ki, "Reuters" yazır ki, 1979-cu il inqilabından sonra formalaşan İran İslam Respublikası hakimiyyətin yalnız ayrı-ayrı şəxslərə deyil, bir-biri ilə əlaqəli və çoxpilləli institutlara söykəndiyi mürəkkəb idarəetmə sistemi qurub. Bu sistemin əsas dayağı isə teokratik quruluşun qorunmasına yönəlmiş ümumi bağlılıqdır.
Ali lider həqiqətən əsas fiqurdurmu?
İranın uzun illər Ali Lideri olmuş Ayətullah Əli Xamenei müharibənin ilk zərbələrindən birində həlak olub. 1989-cu ildən bu vəzifəni tutan Xamenei dövlət sistemində mütləq söz sahibi idi və bütün əsas qərarlar onun təsdiqi ilə qəbul edilirdi.
İranın rəsmi ideologiyası olan "vilayət-i fəqih" prinsipinə əsasən, ali lider şiə İslamının qeybə çəkilmiş 12-ci imamının yer üzündə nümayəndəsi hesab olunur və həm dini, həm də siyasi hakimiyyətə malikdir. Onun administrasiyası –"beyt" – dövlət aparatının müxtəlif sahələrinə nəzarət edərək birbaşa müdaxilə imkanına malikdir.
Yeni lider kimi Xameneinin oğlu Müctəba Xamenei bu vəzifəni və onun geniş səlahiyyətlərini miras alıb. Lakin o, atasının malik olduğu nüfuz və qeyd-şərtsiz itaət səviyyəsinə sahib deyil. Bundan əlavə, onun İnqilab Keşikçiləri Korpusundan asılı vəziyyətdə ola biləcəyi ehtimal olunur.
Zərbələr zamanı yaralanan Müctəba Xamenei dövlət televiziyasında "müharibə qazisi" kimi təqdim edilib. Onun təyin olunmasından üç həftədən çox vaxt keçməsinə baxmayaraq, hələ də ictimaiyyət qarşısına çıxmaması və yalnız iki yazılı bəyanat yayması səhhəti ilə bağlı suallar doğurur.
İnqilab Keşikçiləri Korpusunun rolu nə dərəcədə mərkəzidir?
İnqilab Keşikçiləri Korpusu onilliklər ərzində təsirini artırıb və hazırkı müharibə şəraitində, xüsusilə də Xameneinin öldürülməsi və yeni liderin təyin olunmasından sonra strateji qərarların qəbulunda daha da mərkəzi rol oynamağa başlayıb.
Bu qurum rəhbərliyin məhv edilməsi riskinə qarşı əvvəlcədən hazırlaşıb və "mozaika" tipli təşkilati struktura malikdir. Hər bir komandanın əvəzləyicisi əvvəlcədən müəyyən edilib və bölmələr müstəqil şəkildə fəaliyyət göstərə bilir.
Son dövrlərdə bir çox yüksək rütbəli komandir öldürülsə də, onların yerinə təcrübəli şəxslər gətirilib və onlar mürəkkəb hərbi əməliyyatları idarə edə bilirlər. Bu davamlılıq Korpusun həm İran-İraq müharibəsində (1980–1988), həm də Yaxın Şərqdə müxtəlif münaqişələrdə topladığı təcrübədən qaynaqlanır.
Siyasi rəhbərliyin rolu nədir?
İranın siyasi sistemi dini rəhbərliklə seçkili prezident və parlament institutlarını birləşdirir. Bu qurumlar İnqilab Keşikçiləri ilə birlikdə ölkənin idarə olunmasında mühüm rol oynayır. Xameneinin əsas müşaviri Əli Laricaninin öldürülməsi hakimiyyət üçün ciddi itki hesab olunur. Onun müxtəlif hakimiyyət mərkəzləri arasında əlaqə yaratmaq və beynəlxalq danışıqlar aparmaq bacarığı xüsusi əhəmiyyət daşıyırdı. Hazırda təcrübəli siyasətçilər mövcud olsa da, onların bir qisminin daha sərt mövqeli olması ehtimal edilir.
Qalan əsas fiqurlar kimlərdir?
İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Əhməd Vahidi. O, uzun illər bu qurumda təsirli fiqur olub, müdafiə naziri kimi çalışıb.
"Qüds" qüvvələrinin rəhbəri İsmayıl Qaani. Hazırda İ. Qaani regionda İranın müttəfiqləri ilə əlaqələri idarə edir.
Hərbi-dəniz qüvvələrinin komandiri Əlirza Təngsiri. Müharibə başlayanda Hörmüz boğazının bağlanmasında mühüm rol oynayıb.
Parlament sədri Məhəmməd Baqir Qalibaf da ölkənin ən nüfuzlu siyasi fiqurlarından biri sayılır.
Məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei. Qulam Hüseyn İranda sərt xətt tərəfdarı kimi tanınır və radikallar arasında aprıcı fiqur hesab edilir.
Prezident Məsud Pezeşkian birbaşa seçilən ən yüksək vəzifəli şəxs olsa da, səlahiyyətləri məhduddur. Lakin yenə də ölkədə və regionda nüfuza sahib şəxs hesab olunur.
Radikal mövqeyi ilə seçilən keçmiş təhlükəsizlik rəsmisi Səid Cəlili.
Qəyyumlar Şurasının aparıcı üzvlərindən Ayətullah Əlirza Ərəfi.
Xarici işlər naziri Abbas Əraqçi. O, İran hakimiyyətində olan yeganə aparıcı şəxsdir ki, Qərb və digər böyük güclərlə danışıqlarda əsas rol oynayır. / Modern.az

Siyasi       Tarix: 25 mart 2026
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bugünki xəbərlər hava proqnozu