Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - SiyahıSon zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər və media nümayəndələri Azərbaycanın suverenliyini, təhlükəsizliyini, dövlət-din münasibətlərini və idarəçilik sistemini hədəf alır, dini radikalizmi təşviq edir, dini nifrət və düşmənçiliyi qızışdırmağa, həmçinin hakimiyyəti zorla dəyişdirməyə çağırırlar.
azxeber.com APA-ya istinadən xəbər verir ki, qeyd olunanlar nəzərə alınaraq, mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən, düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində "arzuolunmaz şəxs" elan edilib. Onların ölkə ərazisinə girişinə qadağa qoyulub.
Həmin şəxslərin siyahısını təqdim edirik:
1. Ehsan Movəhhediyan - siyasi təhlilçi, ekspert, Tehran Əllamə Təbatəbai Universitetinin müəllimi;
2. Əhməd Fərşbafiyan - Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri;
3. Kamran Qəzənfəri - İran İslam Şurası Məclisinin deputatı;
4. Əlirza Beyqi - İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi;
5. Əbülfəzl Zöhrəvənd - İran İslam Şurası Məclisinin deputatı;
6. Abbas Moqtədayi Xorasqani - İran İslam Şurası Məclisinin deputatı;
7. Əlirza Səlimi - İran İslam Şurası Məclisinin deputatı;
8. Hüseyn Şəriətmədari - "Keyhan" qəzetinin baş redaktoru;
9. Ayətullah Möhsün Əraki - İranda ali rəhbəri seçən Ekspertlər Məclisinin və Məsləhət Şurasının üzvü;
10. Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani - Qum Elmi Hövzəsinin Müəlliflər və Müəllimlər Cəmiyyətinin üzvü, Qum şəhərindəki Əimmeyi-Əthar Fiqh Mərkəzinin rəhbəri;
11. Əbdül Hüseyn Xosrov Pənah - İran Ali Mədəni İnqilab Şurasının katibi;
12. Hüccətül-islam Qulamrza Kavaşi - Təbriz imam-cüməsinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri, İran ali rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;
13. Daryuş Səfərnejad - professor, siyasi ekspert;
14. Əhmədrza Musəvi - aktyor və teleaparıcı.

Siyasi       Tarix: 04 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər xəbərlər xeberler bu qun sonxeber az