Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azercell-in "Oflayn Qadınlar" sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbüs Daşkənd Reklam Festivalı — TAF!26-da bir qızıl və iki gümüş, Batumidə keçirilən Ad Black Sea beynəlxalq yaradıcılıq festivalında isə bir gümüş və bir bürünc mükafata layiq görülüb.
TAF!26-da "Oflayn Qadınlar" layihəsi "Sosial və KSM kampaniyaları" kateqoriyasının "Ən yaxşı sosial təsir kampaniyası" nominasiyası üzrə qızıl mükafat qazanıb. Layihə, həmçinin "Yaradıcılıq və icra ustalığı" kateqoriyasında "Ən yaxşı kreativ strategiya" və "Media kampaniyaları" kateqoriyasında "Ən yaxşı inteqrasiya olunmuş media kampaniyası" nominasiyaları üzrə iki gümüş mükafatla təltif olunub.
Regionun biznes, marketinq və yaradıcılıq sənayesi nümayəndələrini bir araya gətirən TAF!26 festivalında 2 000-dən çox iştirakçı və 70-dən çox yerli və beynəlxalq ekspert iştirak edib. Müsabiqəyə 35 nominasiya üzrə 483 kreativ layihə təqdim olunub.
Ad Black Sea festivalında isə təşəbbüs sosial təsiri və yaradıcı icrasına görə fərqlənib. "Oflayn Qadınlar" "Dayanıqlı İnkişaf Məqsədləri / İnsanlar" kateqoriyasında gümüş, "Kino sənəti / Rejissor işi" kateqoriyasında isə bürünc mükafat qazanıb. Reklam və yaradıcılıq sənayesini bir araya gətirən festivalın builki müsabiqəsində müxtəlif ölkələrdən təqdim edilmiş 400-dən çox iş qiymətləndirilib.
"Oflayn Qadınlar" zorakılıq halları və riskləri barədə hüquqi və praktiki məlumatları, eləcə də mövcud yardım mexanizmlərini qadınlar üçün daha əlçatan edən rəqəmsal platformadır. Layihənin əsas üstünlüklərindən biri platformaya internet paketi və balans olmadan da daxil olmaq imkanıdır. Azercell abunəçiləri aktiv internet paketləri və ya balanslarında vəsait olmadığı halda belə oflaynqadinlar.az saytından istifadə edərək məlumat və dəstək resurslarına çıxış əldə edə bilirlər. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi