Ətin qiyməti bahalaşacaq - Ekspert səbəbləri açıqladı

Ətin qiyməti bahalaşacaq - Ekspert səbəbləri açıqladıİri və xırdabuynuzlu heyvanların sayının azalması, təbii otlaq sahələrinin məhdudlaşması, texnologiyaya yeni nəsilin urbanizasiyaya üstünlük verməsi və heyvan yemi xərclərinin artması bu sahəyə təsir edən əsas amillərdir.
İqtisadçı Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirib ki, əsas məsələ təbii otlaq sahələrinin azalmasıdır. Bunun iki əsas səbəbi var: əkinçilik və bitkiçilik məqsədilə ərazilərin hasarlanması, həmçinin təbii otlaq sahələrində torpağın şoranlaşması.
Kərimli həmçinin vurğulayıb ki, bu sahə ilə məşğul olan şəxslərin sayı da azalıb. Yeni nəsil urbanizasiyaya daha çox meyillidir, şəhərlərə və xarici ölkələrə köçməyə üstünlük verir. Təbii otlaq sahələrinin azalması quru otlaq bağlamalarına tələbatı artırır, bu isə bağlamaların qiymətini yüksəldir.
Bundan əlavə, intensiv heyvan yemi pandemiyadan əvvəl bahalaşıb, həm özü, həm də daşınması xərclidir. Nəticədə heyvandarlığın xərcləri fərdi ev təsərrüfatları üçün dözülməz vəziyyətə gəlib və ətin idxalını stimullaşdırır.
Kərimli qeyd edib ki, insanların gəlirlərinin artması ilə kəsilən ətin həcmi də yüksəlib. Son 10 ilin statistikası göstərir ki, orta hesabla ət kəsimi 20-25% artıb, bu da qiymətlərə birbaşa təsir edir.
Ekspert iri və xıdabuynuzlu heyvanlarının sayının azalmasının yaxın, orta müddətdə ətin qiymətinin bahalaşacağına gətirib çıxaracağını qeyd edib.
İqtisadçı ümid edir ki, Şərqi Zəngəzur və Qarabağın iqtisadi dövriyəyə qayıtması heyvandarlığın inkişafına müsbət təsir göstərəcək. Boş sahələrin çoxluğu kənd təsərrüfatının genişlənməsinə imkan verəcək. Bununla da iri və xırdabuynuzlu heyvanların sayında artım müşahidə edilə bilər. / azxeber.com

İqtisadiyyat       Tarix: 06 sentyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün cəbhədən görüntülər xeber.az 2026 krminal bu gun