Etirazların 5-ci günüdür, Milli Məclisdən hələ indi SƏS çıxır - HALBUKİ

Etirazların 5-ci günüdür, Milli Məclisdən hələ indi SƏS çıxır - HALBUKİ"İndi aksiya genişlənib. Yəni aksiyada nazir və deputatlardan başqa bütün sferaları təmsil edən Azərbaycan vətəndaşlarını görmək olar".
KONKRET.az xəbər verir ki, bu iki cümlə dekabrın 14-ü yayılan "İrəvan AKSİYALARI Şuşa-Xankəndi ETİRAZINA uduzur" başlıqlı məqaləmizdəndir.
– Milli Məclisdə deputatların Şuşa-Xankəndi yolunda keçirilən aksiyalarda iştirak etmələri təklif edilib.
Bu isə parlamentin 16 dekabr plenar iclasında səsləndirilib. Bəli, 2 gün sonra, etirazların isə 5-ci günüdür. Təklifin gec səsləndirilməsi plenar iclasın bu gün keçirilməsi ilə əsaslandırıla bilər. Amma dekabrın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Tahir Mirkişili, Əli Məsimli, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Vahid Əhmədov, Aydın Hüseynov, İmamverdi İsmayılov, Rüfət Quliyev, Araz Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə, Ağalar Vəliyev gündəlikdəki 26 məsələ barədə söhbət açıblar. Etirazlara qatılmaqdan söz edilməyib.
Dekabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Hicran Hüseynova, Jalə Əliyeva, Nigar Arpadarai, Tamam Cəfərova, Rauf Əliyev, Pərvin Kərimzadə, Rəşad Mahmudov, Sevil Mikayılova, Ramin Məmmədov, Könül Nurullayeva, Sədaqət Vəliyeva bu komitənin üzvü olan millət vəkilləri gender bərabərliyinin təmin edilməsindən danışıblar. Həqiqətən də, Şuşa-Xankəndi etirazlarında kişilər kimi qadınlar da iştirak edir. Nədənsə deputatlar bu mövzuya toxunmayıblar. Yəqin Rəşad Mahmudov "Düşünürəm ki, deputatların bu aksiyaya qoşulması onun əlamətdarlığını artırar və dünyaya mesajını daha doğru şəkildə verilməsinə dəstək olar" çıxışını plenar iclasa saxlamışdı. Di gəl ki, təklifi komitə iclasında da səsləndirmək olardı.
Jurnalist olaraq bir acı gerçəyi də xatırladım ki, Milli Məclisin komitə iclasları elə də diqqətlə izlənilmir. Hətta jurnalistlər komitə iclaslarında çox oturmurlar. Yəni 1-2 şəkil-video çəkir, ən yaxşı halda hansısa deputata müzakirə olunan gündəliyin mövzularına aid olmayan başqa aktuallıq barədə sual verir.
Məsələni ona görə bu cür qabardırıq ki, təklif daha əvvəl səslənsəydi, artıq bir qrup millət vəkili əraziyə gedərdi. Elə Tural Gəncəliyev də sülhməramlılara Xankəndi üzrə deputat seçildiyini bildirib şəhərə keçməyə cəhd edərdi. Və daha nələr-nələr…
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 16 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün sonxəbər butun xeberler en yeni xeberler