Etna vulkanı 6 kilometr yüksəkliyə kül püskürdü - Ətraf yamaclara lava axır
İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna yenidən kül və lava püskürüb.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında son həftələrdə müşahidə edilən vulkanik aktivlik davam edir.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun Etna Müşahidə Stansiyasından verilən açıqlamaya görə, vulkanın son dövrlərdə aktivləşən "Voragine" krateri dünən axşam saatlarından etibarən yenidən kül və lava püskürməyə başlayıb.
Voragine kraterinin püskürtdüyü lava vulkanın yamaclarına yayılıb. Püskürülən kül təxminən 6 kilometr yüksəkliyə çatıb.
Ölkənin Viaqrande və Akisastello yaşayış məntəqələrinə kül yağıb. Bundan əlavə, Vorajin kraterində vulkanik fəaliyyətlə əlaqədar Etna vulkanının 2500 metr və yuxarı nöqtələrinə ekskursiya fəaliyyəti müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Etnada son günlər tez-tez kül və lava püskürən Voragine kraterinin hündürlüyü yığılmış lava səbəbilə 3 min 369 metrə çatıb və bu kraterin ən yüksək nöqtəsi halına gəlib.
İyulun əvvəlindən Avropa qitəsinin ən yüksək aktiv vulkanı olan Etna dağında vulkanik aktivlik tez-tez müşahidə olunur. Vulkan 2023-cü ilin dekabrında güclü kül və lava püskürdükdən sonra bu ilin iyul ayına qədər səssiz qalıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi