Eurasia Review: "Ermənistan sülh müqaviləsi imzalasa, Rusiya asılılığından qurtulacaq"

Eurasia Review: "Niyə Avropa İttifaqının təkidlərinə baxmayaraq, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hər cür ləngidir?".
KONKRET.az xəbər verir ki, bu suala "Eurasia Review" jurnalının müəllifləri cavab tapmağa çalışıblar.
Nəşr iddia edir ki, "AB əlindən gələni etməyə çalışır, lakin o, sehrbaz deyil…".
"Ermənistan adlanan ölkə separatizmi dəstəkləməyi dayandırmalıdır" deyən avropalı analitiklər qeyd edirlər ki, İrəvan tez-tez Moskva kimi (söhbət Ukraynaya münasibətdən gedir) davranır və eyni zamanda tam əks hərəkətləri müdafiə edir.
İrəvan sanki dövlətlərin bütövlüyü prinsipini dəstəkləyir, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsi üçün öz müqəddəratını təyinetməni tələb edir.
Bu arada, sülh müqaviləsi Ermənistanın təcridinə və Rusiyadan asılılığına son qoyacaq, Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq: "Sülh həm Ermənistanın özünün, , həm də bütün Cənubi Qafqazın iqtisadi, enerji, ticarət sahələrinə xeyir verəcək".
Düzdür, 2014-cü ildə Ermənistan əsasən Qarabağın işğalına haqq qazandırmaq üçün Krımın "öz müqəddəratını təyin etməsini" dəstəkləyib. İllər sonra isə indiki Ermənistan hökuməti Rusiyanın Ukrayna ərazilərini ələ keçirmək üçün keçirdiyi "xüsusi əməliyyat"a rəsmən dəstək verməyib.
Belə ki, Ermənistan da Rusiya kimi son dərəcə ziddiyyətli xarici siyasət yürüdür, əslində isə həyata keçirməyəcəyini bəyan edir və ya yalnız ona sərfəli olanı həyata keçirir. Beləliklə, Rusiyaya münasibətdə Ermənistan Xarici İşlər Nazirliyi 2014-cü ildə Krımın müstəqilliyini alqışlayıb, lakin sonra Donbassın böyük hissəsinin işğalını və indi Ukraynanı ələ keçirmək üçün "xüsusi əməliyyatı" dəstəkləməyib.
Bu arada, beynəlxalq hüquqda öz müqəddəratını təyinetmə anlayışı dövlətlər daxilindəki ərazilərə deyil, yalnız dövlətlərə aiddir. Bundan əlavə, Qarabağ münaqişəsinin başlanğıcında Azərbaycanın və müvafiq olaraq DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayəti) daxil olduğu Sovet İttifaqının Konstitusiyasına əsasən, yalnız sovet respublikalarının öz müqəddəratını təyin etmək hüququ var idi, bu, muxtar bölgələrə şamil edilmir.
Eynilə, BMT-nin müddəalarına əsasən, "öz müqəddəratını təyinetmə" anlayışı yalnız müstəmləkələrə şamil edilir, onların ərazilərinin bir hissəsinə deyil. Məsələn, 1960-cı illərin sonunda Biafranın Nigeriyadan ayrılmasına BMT etiraz edib. Putin isə "xalqların öz müqəddəratını təyinetmə hüququndan bəhs edən" BMT Nizamnaməsinə istinad edərək, Krımın Ukraynadan ayrılmasına tamamilə mənasız bəraət qazandırıb. Erməni liderləri, deyəsən, eyni mifik haqqı müdafiə ediblər.
"Eurasia Review" Ermənistan Xarici İşlər Nazirliyinin belə ziddiyyətli xarici siyasət yürütməsinin iki əsas səbəbini qeyd edib. Birincisi Rusiya, ikincisi isə millətçi erməni diasporunun təsiridir.
Roman Göytürk,
KONKRET.az
Eurasia Review:

Siyasi       Tarix: 02 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com cəbhədən son xəbərlər en son xəbərlər bugün krimnal bugun