Bütün dünyaya bəs edəcək qızıl rezervi tapıldı - FOTO
Cənubi Amerika ölkəsi olan Surinamda Kanadanın dağ-mədən şirkəti tərəfindən aparılan qazıntı işləri nəticəsində sənaye standartlarından qat-qat yüksək saflığa malik nəhəng qızıl damarı aşkar edilib. Mütəxəssislərin fikrincə, bu kəşf ölkə iqtisadiyyatını tamamilə dirçəldə bilər.
KONKRET.azmilliaz-a istinadən xəbər verir ki, "Founders Metals" şirkətinin Maria Geralda sahəsində apardığı qazıntılarda 22,5 metr dərinlikdə hər tonda 11,88 qram qızıl aşkar edilib. Dağ-mədən sektorunda hər tonda 10 qram qızıl "yüksək keyfiyyət" həddi hesab olunur ki, bu kəşf həmin limiti də keçib.
Qızıl yatağı dünyanın ən zəngin mədən qurşaqlarından biri sayılan və 1,7 milyard illik geoloji keçmişə malik "Guiana Shield" bölgəsində yerləşir.
Rezervin həm böyüklüyü, həm də qızılın saflıq dərəcəsi beynəlxalq ekspertlərin diqqətini cəlb edib. Bildirilir ki, yerin altındakı fay xətləri boyunca yaranan çatların zamanla kvars və qızıl tərkibli mayelərlə dolması bu yüksək keyfiyyəti təmin edib.
Əvvəllər heç vaxt qazıntı aparılmamış bu ərazidə tapılan qızıl damarı Surinamın dünya mədən bazarındakı mövqeyini kökündən dəyişdirə bilər.

Turlar.az [newsid: 0-123300]

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı