TƏCİLİ! Zelenski Trampla DANIŞDI - Müharibə bitir?

TƏCİLİ! Zelenski Trampla DANIŞDI - Müharibə bitir?Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı apararaq, müharibənin başa çatdırılması istiqamətində planlaşdırılan danışıqları müzakirə edib.
KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, söhbətə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşulub. Ukrayna lideri komandaların hazırda intensiv şəkildə çalışdığını vurğulayaraq göstərilən səylərə görə təşəkkür edib:
"Bir az əvvəl ABŞ prezidenti Donald Tramp ilə danışdım. Söhbətə Stiv Uitkoff və Cared Kuşner də qoşuldu. Komandalarımız hazırda fəal işləyir və müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda göstərilən səylərə görə minnətdarlığımı bildirdim".
Zelenski həmçinin PURL proqramının əhəmiyyətini və Ukraynanın ABŞ-dan əldə edə biləcəyi hava hücumundan müdafiə sistemlərinin ölkənin təhlükəsizliyi üçün vacibliyini qeyd edib.
Onun sözlərinə görə, danışıq zamanı sabah Cenevrədə keçiriləcək ikitərəfli görüşdə müzakirə olunacaq məsələlər, eləcə də martın əvvəlində üçtərəfli formatda planlaşdırılan növbəti danışıqlara hazırlıq mövzuları da gündəmə gəlib:
"Sabah Cenevrədə nümayəndələrimizin ikitərəfli görüşdə üzərində işləyəcəyi məsələləri və martın əvvəlində üçtərəfli formatda keçiriləcək növbəti görüşə hazırlığı müzakirə etdik".
Ukrayna prezidenti bu danışıqların liderlər səviyyəsində görüşün təşkilinə imkan yaradacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Tramp da bu mərhələli yanaşmanı dəstəkləyir:
"Prezident Tramp bu addımların ardıcıllığını dəstəkləyir. Yalnız bu yolla bütün mürəkkəb və həssas məsələləri həll etmək və nəhayət müharibəyə son qoymaq mümkündür", – deyə Zelenski yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 26 fevral 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər kriminal son xeber.az