Xocalı soyqırımından 34 il ötür

Xocalı soyqırımından 34 il ötür Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.
azxeber.com-un məlumatına görə, soyqırımından 34 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "26 fevral - Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.
Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" kampaniyasının səmərəsi isə ildən-ilə artır. Kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.
"Xocalıya ədalət!" beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-nin onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət!" kampaniyasının əhəmiyyətini nəzərə alaraq, "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Qeyd edək ki, Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb. Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.
2026-cı il fevralın 5-də isə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Xocalı hadisəsinin törədilməsində təqsirkar bilinən bir qrup Ermənistan vətəndaşına ömürlük və ya 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Onlar Xocalı hadisəsinin törədilməsində günahkar bilinməklə yanaşı, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Sosial       Tarix: 26 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vital Hospitalda ölən körpə zirzəmiyə atılıb? - Nazirlik məlumat yaydı

Vital Hospitalda ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə hospitalla bağlı yayılan məlumat Səhiyy

Şəhid anası vəfat etdi

Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidi Qədir Məmişovun anası dünyasını dəyişib. Ölüm faktı ailənin yaşadığı N.Nərimanov küçəsində yerləşən mənzildə qeydə alınıb. 1941-ci il təvəllüdlü Məmmədova Zoya Şafikovna gec

İqtisadçıdan xəbərdarlıq: Hörmüz qərarı enerji bazarını sarsıda bilərdi, amma

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən bütün yüklərə 20 faizlik rüsum tətbiq edilə biləcəyi ilə bağlı səsləndirdiyi fikir qlobal enerji bazarlarında ciddi müzakirələrə səbəb olmuşdu. Lakin qısa müddət sonr

Hörmüz boğazında baş verənlər neft qiymətlərinə necə təsir edir?

Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib. Belə ki, ABŞ bu andan etibarən "Hörmüz boğazının mühafizəçisi" kimi tanınacağını qeyd edərə

Bakı və Astara sakinlərinin nəzərinə

Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, iyulun 20-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ

Beyləqanda "pambıqla baş kəsən" kimlərdir? – "Ağ qızıl" üzərində qara əməliyyatlar

Azərbaycan pambıqçılığı uzun illərdir qeyri-neft sektorunun əsas inkişaf istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət bu sahəyə hər il milyonlarla manat subsidiya ayırır, fermerlərə dəstək proqramları həyata keçirilir

Qızıl almaq istəyənlərin diqqətinə: Yeni qiymətlər məlum oldu

Qlobal bazarlarda qiymət dəyişiklikləri fonunda Azərbaycanda qızılın daxili satış qiymətləri yenilənib. KONKRET.azxəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, iyulun 20-nə olan məlumata görə, 99 əyyarlı təmiz qızılı

Paytaxtın dörd rayonunda işıq kəsiləcək - Ünvanlar

Sabah paytaxt və Lənkəranın bəzi ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Məlumat

Neft qiymətləri ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, "ICE London" qitələrarası birjasında aparılan ticarət zamanı 2026-cı ilin avqust ayı üzrə "Brent" markalı neftin fyuçersləri 0,47


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər cəbhədən son görüntülər kriminal xeberler novruz bayramı