Saxta plastik cərrah vətəndaşı şikəst qoydu — AÇIQLAMA
Sosial şəbəkədə yayılan iddiaya görə "TikTok" platformasında qarşısına çıxan estetik mərkəzə müraciət edən və özünü plastik-estetik cərrah kimi təqdim edən şəxs tərəfindən əməliyyat olunan vətəndaşın evinə iflic vəziyyətində qayıtdığı bildirilir. Bu cür hallar tibbi fəaliyyətin qanuniliyinin, həkimlərin ixtisas uyğunluğunun və pasiyent hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirir.
KONKRET.az xəvbər verir ki, hüquqşünas Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, vətəndaşlar əməliyyat olunacaqları, hətta sadə müayinəyə gedəcəkləri həkimlərin etibarlılığını əvvəlcədən yoxlamalıdırlar.
"Burada demək olmaz ki, sosial şəbəkədə, məsələn, TikTok-da hesabı olan bütün həkimlər saxtadır və ya əksinə, hesabı varsa, deməli, mütləq güvəniləndir. Eyni zamanda sosial mediada olmamaq da həkimin avtomatik olaraq etibarlı olması demək deyil. Əsas məsələ odur ki, vətəndaş mütləq araşdırma aparmalı, həmin şəxsin həqiqətən bu peşənin sahibi olub-olmadığını, ixtisasının və sertifikatlarının mövcudluğunu yoxlamalıdır. Plastik cərrahlarla bağlı son dövrlərdə müəyyən tənzimləmələr və sertifikatlaşdırma tədbirləri həyata keçirilib. Çünki hər cərrah plastik cərrah hesab oluna bilməz. Lakin artıq xoşagəlməz hadisə baş veribsə, pasiyent ilk növbədə sağlamlığı ilə bağlı etibarlı tibb müəssisəsinə müraciət etməli və yenidən müayinədən keçməlidir" – o bildirib.
Hüquqşünas bildirib ki, bununla yanaşı, vaxt itirmədən hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır:
"Çünki burada bir neçə cinayət tərkibi yarana bilər və araşdırma çərçivəsində mütləq məhkəmə-tibbi ekspertizası təyin olunur. Bəzən vətəndaşlar həkimə və ya hüquq-mühafizə orqanlarına gec müraciət edirlər. Halbuki, əgər həkimin əməlində cinayət tərkibi varsa, vaxtında müraciət edilməməsi sonradan bunu sübut etməyi çətinləşdirə bilər. Ekspertiza nəticəsində sağlamlığa vurulan zərərin olub-olmaması və bunun konkret həkimin fəaliyyəti ilə əlaqəli olub-olmaması müəyyən edilir. Şəxs zərərçəkmiş kimi tanındıqdan sonra isə həm maddi, həm də mənəvi ziyanın ödənilməsi ilə bağlı kompensasiya tələbi irəli sürə bilər. Həmçinin, əməliyyatın fəsadlarının aradan qaldırılması üçün tələb olunan əlavə xərclərin də qarşılanması tələb oluna bilər".
Qeyd edək ki, tibbi xidmət sahəsində qanunvericiliyin tələblərinə əməl olunması həm həkim, həm də pasiyent üçün hüquqi təminat yaradır.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub